Nağıllar, hekayələr

Salam Qədirzadə. 46 bənövşə (5-ci hissə)

AŞPAZA DƏYƏN ŞİLLƏ


Qırx-qırx beş yaşlı, uzun, arıq Geyermanın sifətini görən, onun indicə xırmandan çıxdığını zənn edərdi.Alnına yayılmış, saman kimi işıldayan qalın qaşları elə bil əllə yapışdırılmışdı. Seyrək bığı da, kosa saqqalı da sapsarı idi.  Alman soldatları arasında heç kəs onun adını bilməzdi.  Geyermana hamı «çəpgöz aşpaz» deyərdi. Uzunsov sifəti, iri ətsiz çənəsi, sivri burnu olan bu mətbəx xidmətçisinin sol gözü göyümtül, sağı isə qonur rəngdə idi. Geyerman güləndə birbirindən aralı, qaralmış xırda dişlərinin hamısı görünər, sifətində saysızhesabsız dərin qırışlar yaranardı.Qəribə burasıdır ki, çəpgöz aşpaz adamla danışanda, ya başqasını dinləyəndə, onunla üzbəüz deyil, yanpörtü dayanardı. Deyəsən belə əyri duruşda o, həmsöhbətini daha düz görürdü. Geyerman fon Bernerin əynindən çıxan köhnələri geyməyə adət eləmişdi.Uzun, arıq vücuduna keçirtdiyi gen, qısa paltarlar ona yaraşmasa da, aşpaz bu qiyafədə özünü daha qıvraq hiss edirdi. ətta mətbəxdə tək olanda generalın günluyu laklı, qartal nişanlı furajkasını da başına qoyub, divardan asdığı aynaya teztez baxar, iftixarla gülümsəyərək özözünə göz vurardı.Orduya gedəndə saldığı gümüş xaçı hələ də boynundan çıxarmadığından, sinəsindən köynəyinin altına sallanan ip tərdən, kirdən meşinə dönmüşdü. Çəpgöz aşpaz səhərdən axşamacan, bəzən də lap gecəyə kimi mətbəxdə vurnuxaraq ət, kolbasa doğrayar, kartof, soğan təmizləyər, generalla onun yavəri üçün gündə üç dəfə isti xörək hazırlardı. Hərdən ara sakit olanda qonşu həyətlərdəki tövlələri, zirzəmiləri gəzərək çoşkadan, çolpadan, yumurtadan, duzlu xiyardan, kələmdən  ələ keçən qənimətlərdən xətri istədiyini bişirib həm özü yeyər, həm də generalın yanında yerini şirin salardı.
Əhsən mənim sədaqətli feldfebelimə!
Fon Berner hər dəfə lağla onu belə tərifləyəndə, aşpaz ikiqat əyilərək ləzzətlə hırıldar, çəp gözlərini yana dikib, guya generala baxar və o dəqiqə hapgopa başlardı
Cənab general, öz başıma and olsun ki, sizin üçün bu iki duzlu xiyarı ələ keçirincə iki cəhənnəm əzabı çəkmişəm.  Üstümə güllə dolu kimi yağırdı. Ancaq bilirəm siz xörək yanında şorabanı çox xoşlayırsınız. Ona görə…
Ona görə də mən sənin bu gözəl xidmətini mütləq qiymətləndirəcəyəm!  deyə fon Berner Geyermanın çox uzatdığını görüb, onu başından elərdi. Çəpgöz aşpaz palçıq tapdalayırmış kimi, ayağının birini qaldırıb, o birini qoyaraq, yanını basabasa, məmnun halda mətbəxə keçərdi.   Belə vaxtlarda o, hələ cavan yaşlarında restoranda eşitdiyi «Gözəl fahişə Gerruda» mahnısının ləntərani sözlərindən yadında qalan parçanı xüsusi zövqlə oxuyar və misraların axır kəlmələrində cır səsini uzadıb ulayardı:

Evimiz bizdən yuxarıdır, Gerruda,

Tumanın dizdən yuxarıdır, Gerruda,

Sən on markaya satılsan da gecələr,

Qiymətin yüzdən yuxarıdır, Gerruda…


Müharibəyədək Qamburqun küçə kafelərində, restoranlarında gah xörəkpaylayan, gah aşpaz, gah da adi xidmətçi işləyən Geyerman üçün indi generala qulluq etməkdən böyük, şərəfli vəzifə yox idi.  O, yer üzündə fon Bernerdən dərrakəli ikinci bir adam tanımaq istəmirdi.    İşdir, şayəd, qəfildən çəpgöz aşpaza desəydilər ki, «Fürer özünü öldürmüşdür. Onun yerinə kimi qoymaq lazımdır»  Geyerman fikirləşmədən fon Bernerin namizədliyini irəli sürərdi.
Çəpgöz aşpaz komandiri ilə üzüzə durub danışdığı vaxtları ömrünün ən qiymətli dəqiqələri sayardı. üharibədən sonra o, Hamburqa qayıdanda generalla aralarında olan bu yaxınlığı arvadına söyləyəcəyini gözlərinin qabağına gətirdikdə, fərəhdən az qala qanadlanır, ayaqları yerdən iüzülürdü.
Fon Bernerin şəxsi xidmətçisi keçən ay öldürüldüyündən, onun da işlərini Feldfebel könüllü olaraq öz öhdəsinə götürmüşdü. Generalın palçıqlı çəkmələrini təmizləmək, paltarlarının tozunu almaq, orden və medallarını daş tozu ilə silib parıldatmaq Geyermanın «müqəddəs» vəzifəsinə daxildi.  Bir sözlə o, bütün varlığını  cismən və ruhən  generala qurban verməyə hazır idi. Çəpgöz aşpaz çox zaman hətta qadın olmadığına təəssüf edər, ürəyindən keçən başqa xidmətləri fon Bernerə göstərə bilmədiyinə heyfsilənərdi…
Bir dəfə Geyerman, fon Bernerin yanına gedib onunla danışmağa qəlbində böyük ehtiyac duydu.  Üstbaşını səliqəyə salıb ehtiyatlı addımlarla mətbəxdən çıxdı.
Olarmı, cənab general  deyə otağın qapısını aralayıb qorxaq səslə soruşdu.  on Berner məşğul idi.  Heç başını da qaldırmadı.
Buyur!  deyə, kimə icazə verdiyinin fərqinə varmadan dilləndi. Çəpgöz aşpaz astanadan pəncələri üstə döşəməyə atlanıb, ardınca qapını çəkdi.
Vaxtsız gəlib sizin rahatlığınızı pozduğum üçün üzr istəyirəm, cənab…
Həmişə olduğu kimi, bu dəfə də fon Berner ona çox danışmağa imkan vermədi
Uzatma, feldfebel, müxtəsər elə!
Bağışlayın, cənab general. Gəlişimin yersiz olduğunu özüm də dərk edirəm, ancaq…
Fon Berner əlindəki qırmızı qələmi qarşısındakı xəritənin üstünə çırpıb ayağa qalxdı.Qeyzlə aşpaza baxaraq, teztez kirpik çaldı, üzünün əti səyridi. Geyermanın canına vəlvələ düşdü. O, geri dönüb sakitcə aradan sivişmək istəyəndə general daha da əsəbiləşdi.
Sözünü de!
Cənab general, mətbəxdə kibritlərimin hamısı rütubət çəkmişdir. Ocağı qalamaq üçün yaxında bir papiros çəkən adam da tapmadım. Gəldim sizdən təvəqqə eləyim ki…
Fon Berner sözünün yarısında çəpgözün məqsədini başa düşdü və tez əlini cibinə salıb alışqanını çıxararaq, onun üstünə tulladı.
Al!  Bundan sonra bir daha belə axmaq xahişlərə görə yanıma gəlmə! Generalın yenə üzünün əti səyridi.  Qoy o, həmişəlik səndə qalsın! Şoferdən də bir butulka benzin al, özündə ehtiyat saxla!  Qandınmı!
Qandım, cənab…
Çəpgöz aşpaz oğru pişik kimi qorxaqorxa bayıra çıxdı.  «Lənət sənə kor şeytan!»  deyib mətbəxə keçdi.  Sonra tərləmiş ovcunu açıb alışqana baxdı.  Onu biriki dəfə ehtiyatla yandırıbsöndürdü.  «Əcəb şeydir!»
O gündən çəpgöz aşpaz bu alışqanı əzizləyib, generaldan qiymətli bir hədiyyə kimi qorudu. Əvvəlcə onu evdə arvadına göstərmək üçün etibarlı bir yerdə gizlədib saxlamaq istədi. Lakin Geyerman bunu bacarmadı. Alışqanı teztez çıxarıb əlində oynatmağa, gəlibgedənlərin papirosunu yandırmağa və hər dəfə də onun kim tərəfindən hədiyyə verildiyini mübaliğə ilə danışmağa başladı
«…Bu sizin üçün adi alışqanlardan deyil.Bir yol bizim generalın yanına gedib ondan kibrit istədim. Dedi ki, Geyerman, al, bunu sənə yadigar verirəm. Qoy həmişəlik cibində qalsın. Müharibədən sonra hər yandıranda odlu cəbhələrdə səninlə birlikdə vuruşduğumuzu yadına salarsan…»
Eh, bircə müharibə qurtarsaydı!  O, bunları arvadına elə ləzzətlə nağıl edəcəkdi ki!..

Çəpgöz aşpaz qonşu həyətdəki tayanın qabağında iri bir daşın üstə oturub, sarı fərənin yumurtlamasını gözləyirdi. Toyuq yarım saata yaxın idi ki, çığırbağır salaraq qaqqıldayırdı. Səsi aləmi başına götürmüşdü. İlin bu soyuq fəslində təzə yumurta yemək iştahına düşən Geyerman, əlindəki alışqanı yandırıbsöndürərək gah «Gerruda» mahnısını mızıldayır, gah da qıraqdan oğrunoğrun fərəyə baxırdı.
Müharibədən xeyli əvvəl Hamburqda bir həkim, Hans Geyermana səhərlər toyuqdan təzə düşən yumurtanı sındırıb içməyi tövsiyə etmişdi. Daim canından şikayətlənən xəstə Hansı evdə həmin məsləhət müntəzəm əməl edirdi. O, hələ də əlüzünü yumamış vaxtımüəyyəndə həyətə çıxır, bu məqsəd üçün alıb saxladığı toyuqların keşiyini çəkir, onların yumurtlamasını səbirsizliklə gözləyirdi.  Geyerman hinin qabağında oturub müşahidə aparmaq üçün orada alçaq bir skamya da düzəltmişdi.  O zaman Hansın norması iki yumurta idi.   Orduya gələndən sonra bunu saxlaya bilməyib, bir dənəyə endirmişdi. Axır zamanlar heç bu da çəpgöz aşpaza müyəssər olmurdu.  Ancaq qərargah cəbhədən uzaq, sakit kəndlərdə yerləşəndə o, biriki yumurta tapıb arzusuna çatırdı.  Daha Geyerman onun təzəköhnəliyinə də əhəmiyyət vermirdi.
İndi kiminsə güllə ilə qıçını qırdığı sarı fərənin tayanın dibində çığırıbbağırdığını, sonra isə susduğunu görən aşpaz onun bu dəqiqə yumurtlayacağını zənn edərək mahnısını kəsdi, alışqanını cibinə qoydu.  Çöməlib başını yana əyərək, gözlərini toyuğun dal tərəfinə zillədi.  Elə bu vaxt Sarışın tayanın dalından çıxıb sürətlə həyətə girdi.  Fərə ürkdü, qanadlarını açıb bir ayağı üstə qıyqıy qaçdı.
Ey!  Quten morken!  deyə Sarışın çevik bir sıçrayışla irəli tullanıb qulaqbatırıcı fit verdi. İşlər necədir, feldfebel?
Çəpgöz aşpaz daşın üstündən qalxdı, yarıməyilmiş vəziyyətdə astaasta qabağa irəlilədi. Sarışına çılpaq qolunu qolazlayıb ona sillə vurmaq istəyəndə, qız cəld aşağı yatdı. Geyermanın qolu sağdan sola havanı yardı.
Səni lənətə gələsən!  Halal yumurtamı mənə haram elədin!..
O, sözünü qurtarmamışdı ki, arxadan Geyermana zərblə dəyən sillə onu böyrü üstə yerə aşırıb gözlərindən qığılcım qopardı.
Yanağı od tutub yandı.  Çəpgöz aşpaz təkcə sillənin qızdırdığı sifətində deyil, həm də böyründə bir hərarət hiss etdi.  O, əsəbiləşdiyindən generalın «bağışladığı» alışqanın nə vaxt cibində sıxıb yandırdığını özü də bilməmişdi.
Feldfebel bir əli ilə tüstülənən cibini söndürməyə çalışaraq, o biri əli ilə sağ gözünü tutub geri dönəndə kapitan Xenfeldi gördü.
Biz burada müvəqqəti deyilik, feldfebel!   Ruslara yüksək alman mədəniyyəti göstərmək borcumuzdur!  General bunu bütün soldatlardan tələb etməyi şəxsən mənə tapşırmışdır!

 

UĞURLU YOL, DOSTLAR!


Üç gün əvvəl diviziyanın komandiri polkovnik Səlimxanovun əmri ilə düşmənin ön atəş xəttinə göndərilən Sandro Meladze səhərə kimi hissəyə qayıtmalı olduğu halda, hələ də gəlib çıxmamışdı.  Bu, hamını təşvişə salmışdı.  Hər dəfə telefon zəngi eşidəndə Sandrodan bir xəbər veriləcəyini düşünən polkovnik çox həyəcanlanırdı. İkinci gecə o, kəşfiyyatçı salıb Meladzenin Bondarçuku ötürəcəyi səmti yoxlatdırmışdısa da, bir nəticə əldə edə bilməmişdi.
İndi otaqda qərar tutmayan Səlimxanov şineli çiyninə atıb bayıra çıxdı. Trubkasını yandıraraq, həyətdə ağır addımlarla o başbu başa var-gəl elədi.
Üfüqlər saf bir təbəssümlə adamın üzünə gülümsəyirdi.  Göylər ayna kimi ləkəsiz idi.  Ətrafda təkcə şamlar öz yaşıllığını saxlamışdı.  Palıd, ağcaqayın, vələs ağacları yarpaqlarını tökmüşdü.  Quşlar isə buradan uçub getmişdi.
Polkovnik xeyli vaxt hərəkətsiz dayanıb hər şeyə diqqətlə nəzər yetirdi.  Müharibə başlanandan sonra o, heç vaxt təbiəti belə seyr etməmişdi. Səlimxanov həm sevindi, həm də kədərləndi.  Kim bilir, qabaqda onları nələr gözləyirdi!  İndi bu incəlikləri duyan, yaşayan hər bir adam üçün ölüm məgər çoxmu uzaqda idi!  Belə deyildisə, bəs Sandro niyə qayıtmamışdı!
Polkovnik nə fikirləşdisə, şinelini geyib qərargaha keçdi.
Məni soruşsalar, müşahidə məntəqəsindəyəm!  deyə dəhlizdə növbətçilik edən telefonçuya eşitdirib uzaqlaşdı və xarabağlığa tərəf istiqamət aldı.
Səlimxanovun bu cür qəfildən, tək yola çıxdığı birinci dəfə deyildi.  O, yavərlə gəzməyi xoşlamazdı.  İti addımlarla getməyə adət eləmiş polkovnik, yarımca saat sonra qərargahdan xeyli uzaqda olan xarabalığa yetişdi.
Zaxarçenko!  deyə hələ müşahidə məntəqəsinə bir neçə metr qalmış batareya komandirini səslədi.  Leytenant cəld bayıra atıldı.
Eşidirəm, yoldaş qvardiya polkovniki!
Səlimxanov onunla görüşüb içəri girdi.
Təpənin ən yuxarı hissəsində yerləşən, üstü yoğun dirəklərlə örtülü bu qazmada Leonid  Zaxarçenkodan başqa iki döyüşçü vardı.  Onlardan biri stereotruba ilə düşmən zonasına baxır, digəri isə radio stansiyasının qabağında özözünə danışırmış kimi teztez  «Alo! Alo! «Qartal!»   Mən «Şimşəyəm»,  necə eşidirsən Cavab ver!»  deyə eyni sözləri təkrar edirdi.
Səlimxanovu görən döyüşçülər ayağa qalxdılar.
Əyləşin!  Diviziya komandiri üzünü Zaxarçenkoya tutub sözə başladı  Demək, serjant Meladzedən hələ də bir xəbər yoxdur!   O, leytenantın cavabını gözləmədən əlavə etdi: Mən əminəm ki, yolda nə Bondarçuk, nə də Meladze ehtiyatsızlıq eləməzlər.  Ancaq bir məsələ var ki…  Polkovnik nə üçünsə fikrini axıra yetirmədən susdu.  Cibindən tütün kisəsini çıxarıb trubkasını doldurduqdan sonra batareya komandirini bayıra çağırdı. Ancaq bir məsəl var ki, özünü Sarışına bizim xeyirxahımız kimi tanıtdıran alman yavəri onları ələ verə bilər,  deyə Səlimxanov yastı bir daşın üstündə əyləşib, sualedici nəzərlərlə leytenanta baxdı.
Zaxarçenko, haqqında söhbət gedən yavər barədə birinci dəfə eşitmirdi.  Üzünü görmədiyi alman zabitinin uzaqdanuzağa sovet adamlarına nə kimi xidmətlər göstərdiyindən xəbərdar idi.  İndi isə Səlimxanov onun haqqında öz şübhəsini bildirirdi.
Yoldaş qvardiya polkovniki, doğrusu… Bəlkə də mən səhv edirəm, ancaq… o alman zabiti neçə vaxtdır bizə özünü sədaqətli bir adam kimi…
Leytenantın sözü ağzında qaldı, vıyıltı ilə başlarının üstündən keçən bir mina müşahidə məntəqəsinin əllialtmış metrliyində torpağın bağrını dəldi.  Hər ikisi eyni vaxtda yerə yatdı.  Minanın qəlpələri ətrafa səpələndi.
Diviziya komandtiri trubkasını ağzından çəkib ayağa qalxdı.
Sənin nə demək istədiyini anlayıram, leytenant.  Hələlik mən də o fikirdəyəm. Lakin yavər özü ələ keçərsə, canının qorxusundan çox şey edə bilər.  O, bir an susub yenidən dilləndi  Əfsus ki, bəzən təmiz qəlbli, yaxşı niyyətli adamların da arasında zəif iradəlisi olur.
Polkovnikin bu sözləri Zaxarçenkonun həyəcanını bir daha artırdı.
Onda bəs biz Sandro Meladzeni, Bondarçuku harda axtarmalıyıq?
Şübhəsiz ki, təzədən düşmənin arxasına keçib onlardan soraq tutmaq ağlabatan iş deyildi.  Hələ dünən Qulam da leytenantın yanına gəlib bu barədə məsləhətləşmişdi.  «Xahiş edirəm, polkovniklə razılaşın, mən mütləq gedib onu tapacağam!»  demişdi.
Qulam, hələlik Bondarçuku tanımadığından, onun kim olduğunu bilmədiyindən, ancaq öz dostunun taleyini düşünmüşdü.
Səlimxanov furajkasını çıxarıb bərkbərk alnını ovuşdurdu.  Sonra trubkasını çəkməsinin dabanına döyəcləyərək, külünü yerə tökdü.
Leytenant, biz hər şeydən əvvəl sol cinahda sahibsiz zonada qalan Çeryomuxa kəndindəki dəmir yolu ilə Qızılkilsəli arasında rabitə yaratmalıyıq. Mən Bondarçuka, alman qərarcahının mərkəz rabitə xəttini həmin dəmir yolu ilə birləşdirməyi əmr etmişəm,  deyə polkovnik, Zaxarçenkoya izahat verdi.   Əgər indiyədək Semixatkada bu iş görülməyibsə onda aydın məsələdir ki, kəşfiyyatçılarımızın, xüsusən Bondarçukun başında bir qəza var.
Səlimxanov əlini bağına çəkib, gözlərini qıyaraq fikirli halda yerə baxdı.Onun bu dəqiqə nə isə deyəcəyini hiss edən leytenant bir addım qabağa gəldi.
Döyüşçü Bədirzadəni bura çağır!
Leytenant pistoletini böyrünə sıxaraq, sol dabanı üstə fırlanıb qazmaya tərəf yüyürdü.
Azacıq keçməmiş Zaxarçenko, onun dalınca da Qulam gəlib farağat komandasında Səlimxanovun qarşısında dayandı.
Döyüşçü Bədirzadə sizin əmrinizi gözləyir, yoldaş qvardiya polkovniki!
Səlimxanov yəqin ki, Qulamın gümrah səsindən xoşlandığı üçün gülümsər baxışları ilə onu təpədəndırnağa diqqətlə süzdü.
Şıq geyimli bu azərbaycanlı əsgərin ayağında haradansa ələ keçirdiyi təzə xrom çəkmələr vardı.   Əyninə bir qədər gen olan qalife şalvarı və köynəyi günün altında yanıb bozarmışdı.  Sağ qaşının üstünə endirdiyi qırmızı ulduzla pilotkası altından görünən qara saçları atlaz kimi parıldayırdı. Enli kəmərini tarım bağladığından, onsuz da nazik olan beli bir az da incəlmiş, kağız dolu döş cibləri şişib qabağa çıxmışdı.  Qərargah rəisi bir müddət danışmadan ona baxıb susdu.   Sonra yarızarafat, yarıgerçək bir tərzdə dilləndi
Üzünü niyə qırxdırmamısan?
Ülgücümü uşaqlar Qızılkilsəliyə aparıblar, yoldaş qvardiya polkovniki,  deyə Qulam güləgülə əli ilə çənəsini sığallayıb cavab verdi. Bir də, saqqalım o qədər də çox deyil, qara olduğu üçün tez gözə çarpır.
Zaxarçenko da söhbətə qarışdı.
O cəhətdən mən xoşbəxtəm, on gün də qırxdırmasam, yenə bir şey görünmür.
Kosa olanda isə heç qırxdırmaq lazım gəlmir,  deyə polkovnik ona sataşdı. Sonra yenə Bədirzadəyə tərəf dönüb soruşdu  Bəs o ciblərini niyə elə doldurmusan
Bunlar anamın məktublarıdır,deyə Qulam sol döşünə işarə elədi.
Qulam başını aşağı saldı.
Yəqin ki, onlar da sevgilinin məhəbbət namələridir, eləmi?
Qulam danışmadı.
Niyə dinmirsiz Sevgilin varmı?
Yoldaş qvardiya polkovniki, siz ayrı aləmdən xəbər verirsiniz.  Mən bu odunalovun içində üzümü qırxmağa vaxt tapmıram, sevgilini haradan tapım.
Səlimxanov da, leytenant da bu sözə qəhqəhə çəkib güldü.
Bunlar mənim cızmaqaralarımdır,  deyə Qulam polkovniki nigarançılıqdan qurtardı. Hərdən fürsət tapanda özüm üçün yazıbpozuram.
Demək belə qabiliyyətin də varmış!  Çox gözəl, çox gözəl!  Mən bundan tamamilə xəbərsiz idim.
Səlimxanov sanki bir anlığa hər şeyi unudaraq, bu döyüşçünün kim olduğunu hərtərəfli soruşub öyrənmək istəyirdi.
Yaxşı, bəs o qaşındakı çapıq nəyin əlamətidir Görürəm sən çox dəcəl oğlana oxşayırsan.
İndi o qədər də yox, yoldaş qvardiya polkovniki, ancaq uşaqlıqda, hə! Bunu…  Qulam əlini qaşına uzatdı,  üçüncü sinifdə oxuyan zaman bizim dəstə qonşu məhəllə ilə vuruşanda sapandla çapıblar.
Səlimxanovun sorğusualından cürətlənən Qulam, münasib fürsətdən istifadə etmək, öz xahişini ona söyləmək istədi.
Yoldaş qvardiya polkovniki, bir şey də mən sizdən soruşa bilərəmmi?
Zaxarçenko diksinən kimi oldu, dönüb əvvəlcə Bədirzadəyə, sonra da Səlimxanova baxdı.
Buyur,  deyə polkovnik maraqlandı.
Qulamın qaşları çatıldı. Gözləri qəzəblə doldu. Yumruqlarını düyünləyib sözə başladı.
Mən, Sandronun dalısınca getmək istəyirəm!  Onu mütləq tapmaq lazımdır! Mənə icazə verərsinizmi?
O, bu sözləri ucadan, həm də elə titrək bir səslə dedi ki, Səlimxanov da təsirləndi. Leytenant dönüb astadan Qulama eşitdirdi.
Məncə bu barədə bir dəfə danışmışıq!
Diviziya komandiri sifətinə ciddi bir ifadə verdi. Təmkinli, lakin amiranə tərzdə dedi
Qulaq as, gör mən səni nə üçün çağırtdırmışam.
Eşidirəm, yoldaş qvardiya polkovniki!
Hazırlaşın, bu gecə leytenant Zaxarçenko ilə birlikdə sahibsiz zonadakı Çeryomuxadan keçən dəmir yolu ilə Qızılkilsəli arasında telefon xətti çəkməlisiniz! Qulam qollarını yanına sıxıb, ayaqlarını cütlədi.  Səlimxanov üzünü vzvod komandirinə tutdu  Hər ehtimala qarşı özünüzlə əl qumbarası, ehtiyat patron və kabel götürün!
Polkovnik onlara uğurlu yol diləyib getdi.
İki saat sonra Qulamın üzünü qırxmağa Səlimxanov öz dəlləyini göndərmişdi.

 

GENERAL BERNERİN YAVƏRİ


General fon Bernerin yavəri kapitan Xenfeldin iyirmi səkkiz yaşı vardı. Bu orta boylu, gümrah bədənli, mavi gözlü oğlanın həyatı müharibəyədək çox asudə keçmişdi.  Drezden universitetində tibb fakültəsini bitirdikdən üç il sonra bir tələbə qızla təzəcə evlənən Qustav Xenfeld, şəhər xəstəxanasında həkim işləyirdi.  O zaman Hitler qoşunları artıq rus torpağının ortalarına keçmişdi. Böyük tələfat verən alman diviziyalarının sıralarını doldurmaq üçün yenidən soldat toplamağa başlayanda Xenfeldi də sakit həyatından, gənc qadınından və sevimli sənətindən ayırdılar.  Xoşbəxt ailə sahibi olmaq, təbabət sahəsində işini davam etdirmək barədə düşünən həkimin bütün arzuları ürəyində qaldı. Xenfeldə baş leytenant mündiri geyindirib, hərbi xəstəxanaya göndərdilər.  O gündən başlayaraq həkimin gördüyü alman soldatlarının qanlı yarası, eşitdiyi isə onların yanıqlı naləsi oldu.
Bu dəhşətli səhnələrin şahidi olmaq Xenfelddə müharibəyə qarşı dərin ikrah, nifrət hissi oyatdı. Həmişə ürəyi, insan adını daşıyan xilqəti mümkün qədər çox yaşatmaq arzusu ilə döyünən həkim, indi özü bu faciəni törədənləri məhv etməyə hər dəqiqə hazır idi.    Səhərdən axşama, axşamdan gecəyə kimi qan itirən can verən yaralıların dilindən eşitdiyi yanıqlı nalələr az qala onu sərsəm halına salmışdı.
« Doktor, yalvarıram sənə, qolumu müalicə edib məni sağaltma! Qoy taxtanın üstünə, balta ilə kəs, mən daha vuruşmaq istəmirəm!  Uşaqlarım yolumu gözləyir, şikəst olsam da barı evimə qayıdım…»
« Axı, mənim günahım nə idi ki, bu cavan yaşda bir gözümü kor elədilər. Kaş öləydim bu günü görməyəydim!  Eh!.. Səni min lənətə gələsən, müharibə!..»
« Mənə bir rus güllə atdı, doktor, özü də gəlib yaramı sarıdı. Sonra bizimkilər təzədən həmləyə keçəndə o, məni səngərə uzadıb geri çəkildi. Vicdanıma and içirəm, mən o rus soldatını yox, özümüzü, öz generalımızı lənətləyirəm  bu qırğını bizim qatillər başladılar!..»
Hərbi xəstəxanada yatan yaralılardan hər gün bu cür şikayətlər, söyüşlər eşidən Xenfeld onları gah şirin sözlərlə, gah acı dərmanlarla sakit eləməyə çalışsa da, özü bir an sakit ola bilmirdi.
Bir səhər şəfqət bacıları ölən soldatlardan birinin meyidini bayıra çıxarıb qayıdanbaş həkimə məktub gətirdilər. Xenfelddin qızı olmuşdu.  O, orduya gələndə arvadı hamilə idi.  Əvvəllər hər şeydən çox bu müjdədən sevinəcəyini düşünən alman zabiti, indi aldığı xəbərdən heç də fərəhlənmədi.  Əksinə, bəlkə bir qədər kədərləndi də.
Həyata yenicə göz açan o uşağın taleyi necə olacaqdı, onu kim, nə cür böyüdəcəkdi  gənc atanı bunlar narahat etməyə bilərdimi  Xenfeld müharibəyə gəldikdən sonra, zorla işləməyə hərbi zavoda aparılan arvadı özünü bir təhər dolandırdığı vaxtda buna ehtiyac vardımı  Qadın evdə oturub uşağa baxarsa, onlara kim çörək verəcəkdi! Bu əhvalatdan neçə ay sonra Xenfeldə sevinc adı altında ikinci bir kədər də bəxş elədilər  onun çinini artırıb kapitan rütbəsinə qaldırdılar, özünü isə baş həkim qoydular.   Əvvəllər hərbi xəstəxananın qulluqçuları arasında iyirmiiyirmi beş nəfərdən biri olan Qustav, indi gecəgündüz istirahət bilmədən çalışır, hər cür əziyyətlərə qatlaşırdı.  İş birəbeş çoxalmışdı, həkim gözünü yummağa macal tapmırdı. Xəstəxana isə bir yerdə qərar tutmur, vəziyyətdən asılı olaraq arxa kəndlərdə, şəhərlərdə məskən salırdı. Xenfeld bunların hamısına  əziyyətə də, yorğunluğa da, yuxusuzluğa da dözərdi.  Lakin onu rəncidə edən başqa şey idi.  Hər gün kəsilən əllər, ayaqlar, çıxarılan gözlər, tökülən qanlar həkimdə ən çox sevdiyi sənətinə qarşı bir ikrah hissi doğurmuşdu. Cəbhədə olanlar yaralanıb geri çəkilmək, yaralanıb xəstəxanaya düşənlər isə bu vəziyyətdən qurtarmaq üçün ölmək istəyirdilər.   Xenfeld nə edəydi!  Çörək də yeyəndə, çay da içəndə burnuna insan qanının qoxusu gəlirdi!   Gecələr yatanda da yaralıların zarıltısını eşidirdi.  O, həkim olmağı məgər buna görə arzulamışdı!
Çoxları Xenfeldə inanmasalar da, hamı kimi o da sıravi bir döyüşçü tək ön atəş xəttinə göndərilməsinə, biryolluq ya ölüb qurtarmasına, ya da yaralanıb geri çəkilməsinə ürəkdən razı idi.   Lakin nə birinci, nə də ikinci xoşbəxtlik ona nəsib olmurdu.  Müharibənin dəhşətlərindən yaxa qurtarıb qaçmaq istəyən Xenfeldi bir gün divizyanın qərargahına çağırıb döşünə orden də taxdılar.
Sənin Hitler ordusuna göstərdiyin xidmətləri Almaniya hərbi komandanlığı yerində qiymətləndirmişdir,  deyə həkimin əlini sıxan fon Berner, tez-tez kirpik çalaraq təntənəli sözlərlə onu alqışladı.Bu barədə özün söyləməsən də, yaralı soldatlara necə qayğı göstərdiyindən xəbərdaram, cənab zabit!  Sənə gələcək işlərində böyük nailiyyətlər diləyirəm!
Xenfeld məqamdan istifadə edib, öz arzusunu generala bildirmək istədi.
İcazə versəydiniz, cənab general, sizinlə bir məsələ ətrafında məsləhətləşərdim.
Eşidirəm, kapitan, buyurun. Bütün almanların xətri mənim yanımda əzizdir.
Xenfeld udqundu.  Sözə nədən, necə başlamalı olduğunu fikirləşdi.
Bilirsinizmi, cənab general mən orduya gəlməzdən cəmisi üç il qabaq həkimlik təhsili almışam. Dediyim odur ki, indi qulluq elədiyim xəstəxanada çox çətinliklərlə qarşılaşıram, bəzən çıxılmaz vəziyyətdə qalıram. Bu isə mənim üçün ölümdən betərdir,  Xenfeld dodaqlarını yaladı.  Fon Bernerin sifətində acıqlı bir ifadə gəzdiyini görsə də, sözünü yarımçıq kəsmədi  Əgər mümkünsə, cənab, əmr edin məni başqa işə keçirsinlər.  Bir də, bütün soldatlar odunalovun içində ölümə sinə gərdiyi vaxtda, mən cəbhədən uzaqda, topgüllə səsi güclə eşidilən bir yerdə olmağı qeyrətimə sığışdıra bilmirəm.  Lap açığını söyləsəm, mən əsil bir alman kimi…
Aydındır, cənab zabit!  Həkimin dediklərinə inanan generalın eyni açıldı. Görürəm siz çox nəcib və igid oğlana oxşayırsınız. Mən bütün zabitlərimin bu cür olmasını arzu edirəm. Əfsus ki, bəziləri bərk ayaqda «hayl Hitler!» deyədeyə, ya başını tutub geri qaçır, ya da əllərini yuxarı qaldırıb ruslara təslim olurlar…
Kapitan Xenfeldin xahişi nəticəsiz qalmadı. Generalın yavəri yaralanıb sıradan çıxdıqdan sonra fon Berner xəstəxanaya adam göndərib həkimi yanına çağırtdırdı. O, içəri girən kimi -Salam! Salam! Xoş gəlmisiniz,  deyə general qabağa addımlayıb Xenfeldin əlini sıxdı.Buyur, əyləş…
Həkim masanın dalına keçib onunla üzbəüz kürsüdə əyləşdi.
Mən sizi dinləyirəm, cənab general.
Fon Berner bir siqaret yandırdı, teztez kirpik çalaraq sözə başlayanda üzünün əti səyridi.
Yadındadırmı, bir neçə ay bundan qabaq sən məndən xahiş eləmişdin ki…
Bəli, xahiş eləmişdim, məni xəstəxanadan başqa yerə köçürəsiniz,  deyə Xenfeld onun fikrini tamamladı.
General siqaretini sümürüb tüstünü burun dəliklərindən sinəsindəki ordenlərin üstünə üfürdü.
Mən səni öz yanımda saxlamaq istəyirəm.
Həkim heç nə başa düşmədi. Generalın sonrakı sözləri Xenfeldi intizardan qurtardı.
Əmr edəcəyəm sabahdan xəstəxanaya təzə bir baş həkim qoysunlar. Səni isə yavərliyə götürəcəyəm!
Yavərliyə!
Bəli!  Şəxsən mənim fikrim belədir, sənin kimi cavan kapitan üçün diviziyada bundan rahat, bundan gözəl ikinci bir vəzifə yoxdur.  Məncə, yüz yaralı soldata xidmət etməkdənsə, bir nəfər sağlam generala qayğı göstərmək çoxçox asan və şərəfli işdir.
Xenfeldin dili, boğazı qurudu. Nə etiraz, nə razılıq üçün söz tapmadı.
Əgər cənab general… siz bu vəzifəyə məni ləyaqətli sanırsınızsa, canbaşla işləməyə hazıram.  Ancaq…
Ancaqsız!  Berner üzgözünü turşutdu.
Aydındır, cənab general.
Alman qoşunları geri çəkilib Semixatkada dayandıqdan iki gün sonra kapitan Xenfeld Drezdendən çox kədərli bir məktub aldı  silah zavodunda arsenal partladılmış, onlarla başqaları ilə birlikdə onun arvadı da yaranlanmışdı.
«…Cənab Qustav Xenfeld!
Bu məktubu yazmağı qadınınız məndən xahiş elədi.  Ağır da olsa, sizə bir xəbər verməliyəm. Elza altı gündür bizim xəstəxanada yatır. Vəziyyəti o qədər də yüngül deyil. Gecəgündüz qızdırma içərisində sayıqlayır.  Tez-tez sizin adınızı çəkir. Qustava xəbər çatdırın, gəlsin,  deyir, barı balaca qızdan o muğayat olsun…»
Məktubu Xenfeldin yaxından tanıdığı bir tibb bacısı yazmışdı.  Bu xəbərdən hədsiz təsirlənən kapitan elə o dəqiqə generalın yanına gedib əhvalatı danışanda, Berner kinayə ilə gülümsünüb susdu, sonra yavərinə cavab verdi
Siz çox qəribə sözlər danışırsınız, cənab zabit!  Burada hər dəqiqə yüzlərlə insanın qanı töküldüyü bir vaxtda, belə adi şey üçün kədərlənib evə getməyə can atmaq ən azı qorxaqlıqdır!  Mən, deyəsən, sizin haqqınızda öz təsəvvürümdə yanılmışam.  Belə gərgin vəziyyətdə cəbhəni tərk etmək! Doğrusu, heç cür ağılma sığışdıra bilmirəm!
Cənab general, axı evdə mənim körpəm…
Bunlar artıq sözlərdir, kapitan!
Berner stol üstündəki butulkadan qədəhlərə şnabs süzdü, birini götürüb yavərinə uzatdı.
Al, iç, fikrin dağılsın!  Bir də… Döşü orden və medallarla bəzənmiş qalib zabit kimi Drezdenə qayıtdıqdan sonra elə qadınlardan çox görəcəksən!  General qədəhini boşaldıb sözünə davam etdi   İndi isə işə başlamaq lazımdır, cənab zabit!   Əmr etmişəm, kəşfiyyatçılarımız ön atəş xətti yaxınlığında münasib yerlər tapıb gecəgündüz müşahidə aparmalıdırlar.    Düşmən barədə əldə edilən məlumatlar təcili olaraq bizə çatdırılmalıdır.  Hələlik, gələcək hücuma hazırlığa qədər əsas işimiz bunlar olacaqdır.  Şübhəsiz ki, hərbi qüvvələrin münasib yerləşdirilməsinə nəzarət yetirməyi də unutmamalıyıq!..  Rica edirəm, elə bu axşam kənddə yaşayan batareya və alay komandirlərinə şəxsən baş çəkib vəziyyəti yoxlayasan.  Lazım gəldikdə mənimlə məsləhətləşib, işin xeyrinə tədbirlər qəbul edəsən!
Xenfeld bayaqdan əlində saxladığı dolu qədəhi yerə qoyub, çəkmələrinin dabanlarını birbirinə vurdu. 
Oldu, cənab general!
Kapitan təzim edib çıxmaq istəyəndə Berner onu saxladı
Dayan!  Şnabsını iç, sonra!
Xenfeld ağırağır stola yaxınlaşdı. Qədəhi götürüb, qaşlarını çataraq generala baxdı.
İç, gələcək xoş günlərimizin şərəfinə!
İçirəm, gələcək xoş günlərin şərəfinə!  deyə kapitan onun sözünü ucadan təkrarlayıb əlavə etdi.  Qoy o günlər üçün hər kəs öz əlindən gələni əsirgəməsin!
Afərin, kapitan!
Elə həmin vaxtdan başlayaraq Xenfeld öz məqsədi yolunda əlindən gələni əsirgəmədi!
Hərbi xəstəxanada can üstə qoyub gəldiyi günahsız soldatların, Drezdendə şikəst olub xəstə yatan kimsəsiz arvadının, ataanası hələ sağ ikən yetim qalan məsum körpəsinin fikri onun bağrını dəlirdi.  Alman zabiti ürəyindəki atəşi nə ilə, kimin köməyi ilə söndürəcəyini bilməsə də, hər halda susmayacaqdı. Xenfeld üçün bu mübarizədə ən birinci düşmən  general fon Berner kimiləri idi.   Kapitan diviziya komandirinin yanında qulluq elədiyi az müddət ərzində çox cinayətin şahidi olmuşdu.  «Hər şey alman ordusunun qələbəsi üçün qurban verilməlidir»  Bu şüar altında yerli camaatın malqarası kəsilir, atı, arabası alınır, evlərin taxtaşalbanı, həyətlərin hasarları yandırılır, taxılı, unu, yağı daşınıb soldatlara yedirilirdi  cavan qızların ismətinə, qadınların namusuna təcavüz edilirdi.  Əvvəllər arxada, xəstəxanada işlərkən çox şeydən uzaq olan Xenfeld, indi cəbhədə bunların hamısını yaxından, öz gözləri ilə gördükcə ürəyinin başı ağrıyır, bu dəhşətli müharibənin layihəsini cızanlara nifrətlər yağdırırdı.
Bir axşam fon Bernerlə Xenfeld hissələrin hazırlığını yoxlamağa getmişdilər. Qayıdanbaş yavər generalı evə ötürüb, özü təmiz havada gəzmək istədi…  Yarım saat keçməmişdi ki, Xenfeld qəribə bir səhnənin şahidi oldu  Diviziya qərarganının arxa küçəsində təktənha dolaşan silahsız bir nəfər ətrafına baxıb heç kəsi görmədikdə, yolun ortasında tələsik nə isə basdıraraq uzaqlaşdı.  Kapitan əvvəlcə yüyürüb onu tutmaq istədi.  Ancaq fikrini dəyişdi.  Həmin adamın izinə düşüb pusmağa başladı.  Hava qaranlıq olduğundan, Xenfeld nə qədər çalışdısa, o şəxsin üzünü görə bilmədi.  Qərargahdan xeyli aralandıqdan sonra kapitan addımlarını yeyinlətdi və ona çatmağa əllialtmış metr qalmış astadan dilləndi
Ey, rus!
Qabaqda gedən kölgə arxadan gələni görcək, deyəsən, ürküb qaçmaq istədi.   Lakin zabiti şübhələndirməmək üçün belə etmədi.
Nə buyurursunuz, cənab  deyə, o, alman dilində soruşdu və hətta bir az da ona tərəf irəlilədi.
Xenfeld yaxına gəlib zənnlə bu adamın sifətinə nəzər salcaq, onu tanıdı
Oho! Bondarçuk!  Sənsən  deyə ucadan səsləndi. İnan ki, əvvəlcə tanımadım.
Qızın qəlbinə qorxu hissi dolsa da özünü itirmədi.  Qərargahın yanında mina basdırarkən kapitanın onu görübgörmədiyini yoxlamaq üçün dedi
Sizin ərzaq anbarından gəlirəm, səhərdən kartof daşımağa getmişdim.  O, əli ilə böyründən asılmış kiçik torbaya işarə elədi.   Bir baxın, insafsızlar mənə nə veriblər  Cəmisi heç bir kilo da olmaz.
Onun bu sözləri həqiqət idi.  Bondarçuk kartof haqqını alıb anbardan uzaqlaşdıqdan sonra yolunu qərargah tərəfdən salmışdı.
Kapitanın danışmaması Sarışını bir az sakitləşdirdi.  Ancaq yenə tamam arxayın olmadı.
Bağışlayın, siz hara gedirsiniz, cənab kapitan
Xenfeld ona baxıb gülümsündü
Sizə, kartof yeməyə.
Alman zabitinin ağzından şərab qoxusunu hiss edən qızın canına üşüitmə düşdü. Danışmadı.
Niyə susursan  Qonaq qəbul eləməzsənmi
Sarışın az qala onun üzünə qabarmaq  «Geri qayıdın!  Siz sərxoşsunuz!  Mənə yaxın durmayın!..»  deyə qışqırıb köməyə adam çağırmaq istədi.  Lakin oğlan paltarında gəzdiyini xatırlayınca, kapitanın təklifini rədd edə bilmədi.
Böyük məmnuniyyətlə, cənab! Sizinlə bir süfrədə zəhər də yesəm, mənim üçün şərəfdir!
O, təhlükənin birindən qurtarmamış, ikincisi ilə qarşılaşmışdı. Bəlkə zabit  Sarışının kim olduğunu öyrənmişdi! Əgər belə isə, kapitanın əlindən necə yaxa qurtaracaqdı  Xenfeld danışmadan, fikirlifikirli addımlayırdı.  Evə yaxınlaşdıqca Sarışının təşvişi artırdı.  Qəflətən arxadan eşidilən partlayış səsi hər ikisini geri dönməyə məcbur etdi.  Kapitan qərargaha tərəf baxdı.  «Bu dəqiqə əlimdə bıçaq olsaydı, bunun kürəyinə saplardım!  deyə Sarışın ildırım sürəti ilə beynindən keçirtdi.   Yəqin hər şeydən xəbərdardır, özünü tülkülüyə qoyub!»
O nə səsdir, cənab! Qız təəccüblə soruşdu.
Kapitan çox soyuqqanlı halda cavab verdi
Heç, mina partladı!
Məncə, top atdılar,  deyə Bondarçuk kapitanın fikrini yayındırmaq istədi.  Yaxşı ki, kəndin qırağıdır, orda adamzad olmaz.
Xenfeld özünü saxlaya bilmədi, əli ilə Sarışının çiyninə vurub gülümsündü.
Adam olmasa da, diviziyanın komandiri general fon Berner ordadır!
Sarışın heç nə anlamadı.  Kapitan ona yaxınlaşdığı kimi də, mehriban bir tərzdə xudahafizləşib qərargaha tərəf qaçdı.

 

BİR GECƏNİN ƏHVALATI


Hələ bütün şübhələri beynindən çıxara bilməyən Sarışın o gecə uşaq bağçasındakı otağına getmədi.Hər halda səhərə qədər işin nəticəsini gözləmək lazım idi.  Əgər generalın yavəri onun qərargah arxasında mina basdırdığını doğrudan da görmüşsə, Bondarçuku birinci növbədə öz evində axtaracaqdılar.  O, kimsəsiz küçələrdə dolaşdıqca ancaq bu barədə düşünürdü  «Axı kapitan məni niyə buraxdı  O bizə nə üçün getmək istəyirdi  Sarışın bu suallara cavab tapa bilmirdi.  Olmaya onlar məni başqa bir işi gördüyüm zaman haqlamaq fikrindədirlər  Yox, onu bacarmayacaqlar!  Mən bundan sonra çox ehtiyatlı tərpənməliyəm.  İşdir, ələ keçsəm, lap dilimi boğazımdan çıxartsalar da, heç nəyi boynuma almayacağam  Polkovnik Səlimxanovun hər kəlməsi mənim üçün qanundur!  Ömrümün son gününədək əlimdən gələni eləyəcəyəm!..»
Bu xəyallarla Sarışın kəndin sahibsiz, qıraq evlərindən birinə girib özünə yer düzəlt həyətdən yığdığı samanı döşəməyə sərib, kartof torbasını başının altına qoydu, sırıqlısını çıxarıb üstünə saldı. Lakin yata bilmədi. Qıza elə gəlirdi ki, bu dəqiqə əli silahlı bir alman içəri atılıb onu boğazlayacaq  «Qərargahın yanında partlayan minanı sən basdırmışdın!  Bunu kapitan Xenfeld öz gözləri ilə görmüşdür!»  deyəcəkdir. Qapı-pəncərəsi sınıb dağıdılmış, soyuq, qaranlıq otaqda bu düşüncələr Sarışını yatmağa qoymurdu.  Yarım saat ancaq keçmişdi ki, haradansa, lap yaxından eşitdiyi hənirti onun şübhəsini daha da artırdı.  Qız yerindən qalxmağa məcbur oldu tələsik sırıqlısını geyərək bayıra atıldı və nəfəsini dərib səs diqqətlə qulaq asdı.  Həmin evin yan otağında bir kişi ilə qadın pıçıldaşırdı.  Onlar yarı rus, yarı alman dilində kəkələyərək, biri digərini başa salmağa çalışırdı.
Tez ol, Katerina, dur geyin, general bizi gözləyir.
Vallah, feldfebel, sən məni elə yordun ki, heç taqətim yoxdur,  deyə qadın nazla mızıldandı.
Axmaq qız, sənin minnətin olsun! General fon Bernerlə əylənmək hər arvada müyəssər olan xoşbəxtlik deyil!  Mən bu təklifi kimə eləsəm, oynaya-oynaya gedər.
Dayan, bir papiros yandırım, qalxıram.  Kibritin varmı, feldfebel!
Bir anlığa otaq işıqlandı.
Yandır!  deyə kişi səsi eşidildi.
Sarışın irəliləyib ehmalca içəri baxanda, çəpgöz aşpazı o dəqiqə tanıdı.
Heç bilirsənmi, Katerina, bu alışqan kimdən yadigardır.
Yəqin ki mənim kimi əyləndirdiyin bir qadından.
Yox, bilmədin!  Feldfebel ona izahat verdi. Bu sənin üçün adi alışqanlardan deyil.  Bunu mənə general özü bağışlayıb. Deyir, müharibədən sonra hər yandıranda, qoy səninlə cəbhələrdə od-alov içində vuruşduğumuz yadına düşsün.
Sarışın qulağını pəncərənin haşiyəsinə dirədiyindən bütün danışıqları aydın eşidirdi. Görünür, içəridəki qadın geyinib qurtarmışdı. Çəpgöz aşpaz təkidlə ona deyirdi
Bax, burada səninlə yatdığımdan general xəbər tutmamalıdır. Əgər ağzından bir söz qaçırsan, sonra öz bəxtindən küs!  İşdir, yaşını soruşsa, iyirmi beşdən çox söyləmə!  Mən ona, beləcə cavanını gətirəcəyimi vəd etmişəm.
Feldfebel Katerinaya köhnə dəyirmanın həyətindəki qırmızı kirəmidli evi nişan verib, ora gəlməyi tapşırdı.
Mən qabaqda gedəcəyəm.  Kənd içində bizi bir yerdə görsələr, yaxşı deyil. Səni  orada gözləyəcəyəm. Generalın yanına birlikdə gedərik. Başa düşdünmü
Qadın fərəhdənmi, kədərdənmi, sinə dolusu ah çəkib, heç nədən ehtiyat edirmiş kimi
Baş üstə, cənab feldfebel!  deyə ucadan cavab verdi. Qorxuram generaldan sonra da məni soldatlara ötürəsən.
Yaxşı!  Axmaqlama!  Mən getdim. Sən də yavaş-yavaş arxamca gələrsən.
Sarışın evin dalına keçdi. Çəpgöz aşpaz bayıra çıxcaq sağına, soluna baxdı, ətrafda heç kəsin olmadığını yəqin etcək.

Eviniz bizdən yuxarıdır, Gerruda…

Tumanın dizdən yuxarıdır, Gerrudi… deyə arxayınçılıqla öz sevimli mahnısı oxuyaoxuya yola düzəldi.

Bu gün səhərdən bəri Semixatkaya top gülləsi atılmadığını görən çəpgöz aşpaz kəndə çıxaraq həyətləri axtarmaq, toyuqdan, cücədən tapıb generala dadlı bir nahar hazırlamaq istədi. Bu təmənna ilə o, gəlib tanımadığı Katerinagilin evlərinə yanaşdı. Onlardan da əlinə bir şey keçirə bilmədi.  Ancaq arvadın ağ, girdə sifəti, dolu bədəni çəpgöz aşpazın döşünə yatdı.
Sən kimsən, xanım  deyə feldfebel özünə məxsus kobudluqla ona sataşdı. Bir yaxına gəlsənə.
Quyudan su çəkən Katerina dönüb gülə-gülə çəpgöz aşpaza eyni tərzdə cavab qaytardı.
Mən Katerinayam! Sözünü de, nə istəyirsən?
Feldfebel arvada yan aldı. Çəp gözlərini bərəldib şəhvət dolu baxışlarla təpədəndırnağa onu nəzərdən keçirdi.
Sən bu evdə olursan?
Necə?
Mənə lazımdır.
Bəli, nə vaxt gəlsən, məni bu evdə tapa bilərsən.
Aşpaz sinəsini qabartdı.
Məni tanıyırsan?
Katerina hırıldadı.

Hələ ki, bir yaxınlığımız olmayıb, hardan tanıyım?
Feldfebel nə qədər küt də olsa, bu oxların haradan atıldığını başa düşdü.
Mən bizim generalın aşpazıyam. Yəqin eşitmisən feldfebel Geyerman!
Çox şadam!  deyə qadın yaş əlini ətəyinə silib ona uzatdı.  Katerina Filfilatovna.
Azacıq çənəboğazdan sonra çəpgöz aşpaz axşam onun dalınca gələcəyini qadına anlatdı.
Səni generalın yanına aparacağam,  dedi.  O rus qızlarını çox xoşlayır.
Katerina utanıbqızarmadan bu təklifə razılıq verdi.
Çəpgöz aşpaz bir daha ona axşam evdə olmağı tapşırıb, sevincək halda qərargaha cumdu.
Toyuq tapdınmı, feldfebel  deyə fon Berner, Geyermanın içəri girdiyini görəndə acıqlı səslə xəbər aldı.
Aşpaz dişlərini ağardıb əllərini birbirinə sürtdü.
Toyuq tapmadım, ancaq yaxşı bir arvad tapmışam.
Feldfebel Katerinanı ağız dolusu təriflədikdən sonra- bu axşam o, sizin olacaq, cənab general  deyə dodaqlarını yaladı.
Fon Berner, Semixatkaya gəldikləri ilk gündən köhnə dəyirmanın həyətində məhz bu məqsəd üçün ayırdığı otağı səliqəyə salmağı Geyermana tapşırdı.
Adımdan əmr elə orada, səhərə kimi gözətçi qoysunlar,  dedi və zəng vurub dəlləyini yanına çağırtdırdı.
Çəpgöz aşpaz belə hallarda adətən generaldan sonra öz xeyrini görərdi. Bu dəfə isə vəziyyət elə gətirmişdi ki, qabağa o düşmüşdü…
Sarışın qapıda gözləməkdən təngiyib içəri keçmək istəyəndə Katerina həyətə çıxdı.  Bu, əynində sarımtıl parçadan təzə paltosu olan otuz beşotuz altı yaşlarında dolu bədənli bir qadın idi.  Başındakı lələkli şlyapasının altından çıxan qıvrım, qara telləri çiyninə tökülmüşdü.  Ayaqlarında paltosu rəngdə hündürdaban tufliləri vardı.
Dayan, madmuazel!
Arxadan eşitdiyi bu amiranə, cingiltili səs qadını diksindirdi. Sarışın kartof torbasını yellədə-yellədə gəlib onun qarşısında dayandı və diqqətlə Katerinanın gözlərinin içinə baxdı. Dinmədi. Bir müddət hər ikisi lal kimi susdu.
Buyur!  deyə qadın boyanmış ətli dodaqlarını əda ilə büzdü.  Sarışının burnuna xoş bir ətir gəldi.  Katerina yerində rahat dura bilmirmiş kimi, minik atı təkin ayağının birini götürüb, o birini qoyurdu.
Sən kimsən!  Sarışın oğlansayağı, ərköyünlüklə soruşub, sağ əlini şalvar cibinə soxdu.  «Qəribədir, bu gün hansı kişi mənə yan alırsa, hamısı bir cür müraciət edir «Sən kimsən»  Yəqin indi də yaxamı bu cavan oğlanın əlinə verməli olacağam»  deyə qadın fikrindən keçirdi.
Mən buralı deyiləm, qəşəng oğlan. Adımı xəbər alırsansa…
Xeyr!  Sənin şəxsiyyətin məni əsla maraqlandırmır!
Bəs nə maraqlandırır?
De görüm, gecə ilə burda nə gəzirsən Hara gedirsən?
Qadın bir azdan kimin yanında olacağını yadına salcaq, ürəkləndi.
Xahiş edirəm, məndən uzaq ol.  Yoxsa peşmançılıq çəkərsən!  Bilmək istəyirsənsə, məni general çağırtdırıb.  İndicə dalımca adam göndərmiş…
Katerinanın sözü ağzında qaldı  Sarışın kartof torbasını yerə atıb ona elə güclü bir sillə ölçdü ki, zərbindən ovcunun içi gizildədi. Həyətdəki daşkəsəyin üstünə yıxılıb əlləri ilə sifətini tutan qadın şikayət qarışıq bir səslə yalvarmağa başladı
Axı niyə vurursan! Mən yad deyiləm.  İkimiz də sovet adamıyıq… Mən ki, səni rədd eləmədim… Ancaq bayırda yaxşı deyil.  Gəlibgedən olar.  İçəri keçək, lap səhərə kimi səninlə qalım.
Sus!  Axmaq qadın!  Sarışın dişlərini birbirinə qısaraq yumruğunu qaldırıb çımxırdı «Sovet adamı!»   Sənin kimi özünü almanlara satan alçaqlar, sovet vətəndaşı adını daşımağa layiq deyil!
Mən heç kəslə olmamışam. Məni general çağırtdırıb…
Yalan danışma, əxlaqsız!  İndicə çəpgöz aşpazla içəridə nə oyunlardan çıxdığından xəbərdaram. Hamısını öz qulaqlarımla eşitdim. Generalın səni nə üçün çağırdığını da yaxşı bilirsən!  Yoxsa özünə bu qədər bəzəkdüzək verməzdin!  O, gözünün üstünə tökülmüş saçlarını kepkasının altına yığıb, qadına tərəf əyilərək əlavə etdi  Sabah müharibə qurtarandan sonra ərin qayıdıb gələndə üzünə necə baxacaqsan Heç ölüb yerə girəcəksənmi!.
Katerina cibindən çıxardığı kiçik dəsmalla kirpiklərini qurudaraq matmat ona baxdı, deməyə söz tapmadı.
Dur! Get alman generalı ilə bir süfrədə otur!  Şərab iç! Rəqs elə! Kefini çək!  deyə Sarışın ara vermədən tənəli nidalarını yuxarıdan aşağı onun üstünə yağdırdı.  Ancaq unutma ki, o vaxt səni bütün kənddə biabır eləyəcəyəm!  Qoy hamı üzünə tüpürsün!
Qadın qorxaqorxa dikəldi, paltosunun tozunu təmizlədi.  Sonra ağlayırmış kimi həyəcanlı səslə dedi:
Mən öz günahlarımı yaxşı bilirəm.  Ancaq nə edim Sən məni başa düşməzsən… Siz kişilər öz nəfsinizi istədiyiniz zaman söndürə bilirsiniz.  Mənsə qadınam… Bu cavanlığımla çox dözdüm…
Gözünün içinə kimi yalan deyirsən!  Namusunu qorumaq hər kəsin özündən aslıdır!  Bütün qadınlar, qızlar sənin təkin yungül təbiətli, iradəsiz olmurlar!  Dur get, general yolunu gözləyir!
Sarışın daha onu eşitmək istəmədi, sərt bir hərəkətlə çevrilib uzaqlaşdı.
Bu nə qəribə adamdır!  deyə qadın təəccüblə dodaqlarını büzdü.  Nə özü istəyir, nə də başqasına razı olur…
O, xeyli vaxt tərəddüd içərisində həyətdə dayandıqdan sonra, sillənin ağrısını unudub, çəpgöz aşpazın nişan verdiyi yerə yollandı.
Həmin gecə Katerina generalla bir yorğandöşəkdə xumarlananda, başına gələn əhvalatı da ona danışdı. Səhər fon Berner qadından ayrılıb qərargaha gəlcək, çəpgöz aşpaz onu yeni xəbərlə qarşıladı.
Yaxşı ki, cənab general, dünən gecə o məsələyə görə öz otağınızdan getdiniz.  Yoxsa, kim bilir, bəlkə də sizə böyük bədbəxtlik üz verəcəkdi!
Uzatma, Geyerman!  Qısa de, görüm nə olub!
Daha nə olacaq, cənab!  Dünən siz köhnə dəyirmanın həyətinə gedəndən yarımca saat sonra qərargahın dalında mina partlayıb!  Dördüncü batalyonun ikiatlı arabası ilə birlikdə yeddi nəfərin tozu göyə sovrulub!.. Allah o rus qızı Katyaya uzun ömür versin.  Kim bilir, burada qalsaydınız aqibətiniz necə olacaqdı   Otağınızın divarları deşikdeşikdir.  Pəncərə şüşələri qırılıb, qəlpələrin çoxu içəri dolub…
Qurtar, Geyerman!  deyə general çəpgöz aşpazın küykələyindən əsəbiləşib, təpiyini yerə vuraraq qışqırdı  Elə sənin də bu sözlərin qəlpə kimi adamın beynini dəlir!
Dünənki əməlinə görə indi fon Bernerdən «çox sağ ol» eşidəcəyini düşünən aşpaz suyu süzüləsüzülə mətbəxə keçdi.  General yavəri çağırıb vəziyyət haqqında izahat istəyəndə, Xenfeld soyuqqanlılıqla cavab verdi
Qərargahın dalında partlayan mina çox ehtimal ki, ruslar kəndi tərk edəndə basdırılıbmış. O yolun qırağında olduğundan, indiyədək təhlükəsiz qalıbmış.   Ancaq batalyonun sarsaq arabaçısı atları hara sürdüyünü bilmədiyindən özünün də, yoldaşlarının da külünü göyə sovurub.
General bir siqaret yandırıb teztez kirpik çaldı  «Yaxşı ki, mən orada olmamışam».