Qəşəm Nəcəfzadə. Gözümü yuma bilmərəm
- Otağı süpür, qızım.
- Süpürmüşəm, anacan!
- Mənə su gətir, qızım.
- Gətirmişəm, anacan!
- Paltarları yumusan?
- İndi yudum, anacan!
- Çörəyini yemisən?
-Yedim, doydum, anacan!
- Di gözünü yum görüm,
Sənə bir şey göstərim.
- Gözümü yumsam, ana
Sənsiz qalaram axı.
İstəmirəm bircə an,
Mən sənsiz yaşamağı.