Muxtar Qasımzadə. Dəniz düzəldəcəklər
Dəniz yaman dərindir,
Sularına baxın siz.
Nə qədər baxsanız da
Dibini görməzsiniz.
Gecələr yaraşığı
Ulduzdan, aydan alır.
Deyirlər ki, dənizlər
Çeşmədən, çaydan olur.
Evimizin yanından
Axır çaylar, çeşmələr.
Yəqin bizim də kənddə
Dəniz düzəldəcəklər.