Nağıllar, hekayələr

Jozef Jubert. Səkkiz

Həyatda sizin uğurunuzu müəyyənləşdirən söz səkkiz hərfdən ibarətdir: bacarmaq. “Bacarmaq” feili ən güclü sözlərdən biridir. Məqsədə çatmaq üçün hər bir kəsin öz bacarığına inamı olmalıdır. Qətiyyətli olmaq və müstəqil qərar vermək üçün “Mən bacarıram” ifadəsi sizə yardımçı olacaqdır.

 

İşə bax ki, yalnız inkar şəkilçisi “ma”-nı “bacarmaq” feilinə artırmaqla böyük bir dəyişiklik yaradırıq. Beləcə, uğurla uğursuzluq arasında fərq yaranır.

 

Tarixçilərin sözlərinə görə, “bacarmıram” kəlməsinin “acığına” bəşəriyyətdə önəmli nailiyyətlər əldə olunmuşdur.

 

Edison və Vrayt qardaşları, digər bu kimi ixtiraçılar, alimlər “bacarmaram” feilini qəbul etməyiblər. Ümid edirik ki, siz də “bacarmamaq” sözünü “bacarmaq” sözü ilə əvəz edəcəksiniz. Sadəcə, iki hərf fərqi olsa da, bu söz sizin həyatdakı fəaliyyətinizi müsbətə doğru dəyişə bilər.