İlyas Tapdıq. Nəğməli tütək
Әli әlindә dәһrә
Telli qamış
Kәsirdi.
Dәһrә dәydikcә qamış
Әsim-әsim
Әsirdi...
Qamışı kәsdi Әli,
Qamış yaman bәrk idi —
Yorulub әsdi әli.
Sonra görәk nә oldu?
Qamışdan
Tütәk oldu.
Tütәyә
Nәğmә doldu
Dinlәdiyim bu tütәk,
Bәlkә һәmin tütәkdi?
Nәğmәsiylə oyanıb
Üzә gülәn çiçәkdi.
һәzin-һәzin sәslәnib
Tütәyim el-el gәzir,
Ona qulaq asanın
Ürәyi tel-tel әsir.
07.10.2026