Şeirlər

Vəli Qaraxan. Nənə nağıl danışır

Nənə nağıl danışır
Maraq, heyrətlə birgə
Körpə qəlbə axışır,
Bişirilən qoğallar,
Ayaq tutub yeriyir.


Ayını, canavarı 
Ötsə də, tülkü yeyir 
Şəngül, Şüngül, Məngülə
Qapını açma deyir...


Cırtdan divi aldadıb
Uşaqları oyadır.
Nənə isə hamını
Yavaş-yavaş yuxladır.