Şeirlər

Mir Sabir. Qarpız niyə batmadı?

Yayın isti çağında,
Nənəmgilin bağında,
Qoy sərin olsun, -deyə,
Əmim qızı Səriyyə,
Qarpızı suya atdı,
Qarpız əvvəlcə batdı.
Sonra da öz-özünə
Çıxdı suyun üzünə…
Bunu görüncə Əkbər,
Dedi: Mənə kim deyər,
Qarpız niyə batmadı,
Su dibində yatmadı?
Qardaşına gülərək,
Bizim balaca Mələk,
Söylədi:-Sən yaxşı bax,
Qarpızın gör nəyi var!
Əynində zolaq-zolaq
Dənizçi köynəyi var.