Şeirlər

Sevinc Pərvanə. "Məktəblinin inşası"

 

 

Anam istəyir müəllim olum onun kimi,

Atam deyir, balam olacaq ürək həkimi,

Babam istəyir olum vəkil,

Nənəm boyumu oxşayır:

“İnşaallah, balam olar hakim”.

Çaşıb qalsam da bu işə,

Seçməliydim bir peşə,

Yazmalıydım inşada.

Müəlliməm soruşdu,

Ay maşaallah, hardan gəlib ağlıma

olum kosmonavt,

İnşamı lövhədə söylədiyim vaxt

Dedim:

İstəmirəm dəysin bir-birinə

hamı bizdə,

Bircə kosmonavt yox ailəmizdə.