Vətən haqqında atalar sözləri
Dünyada Vətəndən əziz nə var?
*****
Bu dünyada şirin şey, bir anadır, bir Vətən.
*****
Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır.
*****
Vətən elin evi, dayağıdır.
*****
Qürbət görməyən adam vətən qədri bilməz.
*****
Sular hərəkətlidir, Torpaq bərəkətlidir.
*****
Vətən daşı olmayandan, olmaz vətəndaşı.
*****
Vətənin tüstüsüdə şirindi.
*****
Vətəni yadına düşən qərib ağlamasın, neyləsin?
17.07.2020