Dastanlar

Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy

Bir gün Ulaş oğlu Qazan bəy böyük bir məclis qurmuş, igidlərlə yeyib içirdi. Birdən Qazan sağına baxdı, qahqah çəkib güldü. Soluna baxdı, çox sevindi. Qarşısına baxdı, oğlu Uruzu gördü, kədərləndi. Bu iş oğlu Uruza xoş gəlmədi. İrəli gəldi, diz çökdü. Dedi: -ağam Qazan! Sağına baxıb güldün, soluna baxıb çox sevindin. Qarşıya baxanda məni görüb kədərləndin. Bunun səbəbi nədir belə?

 

Qazan xan dedi: 
-Sən bu günə qədər yay çəkməmisən, ox atmamısan, baş kəsməyibsən, qan tökməyibsən, Qanlı Oğuz yurduna bir mükafat almayıbsan. Sabahkı gün vaxt gələr, mən ölüb, sən qalanda taxt-tacımı birdən sənə verməzlər,-deyə sonumu andım, ağladım, oğul.

 

Uruz dedi: 
-A bəy ata! Hünəri oğul atadanmı görər, öyrənər, yoxsa atalar oğuldanmı? Sәn mәni götürüb haçan kafir sәrһәdinә çıxardın, qılınc çalıb baş kәsdin? Mәn sәndәn nә gördüm ki, nә öyrәnim?

 

Qazan bәy әlini әlinә vurub qaһ-qaһ güldü. Dedi: «A bәylәr, Uruz yaxşı deyir. Siz yeyiniz-içiniz, söһbәtinizi eləyin. Mәn bu oğlanı götürüb ova gedim. Yeddi günlük azuqә ilә çıxaq. Ox atdığım yerlәri, qılınc çalıb baş kәsdiyim yerlәri göstәrim. Kafir sәrһәddindә Cızıqlara, Ağlağana, Göycә dağa götürüb aparım. Sonra oğlana gәrәk olar, a bәylәr!» Qonur atını çәkdirdi, mindi. Donu qaş-daşla bәzәnmiş üç yüz igidi seçdi, öz dəstəsinә qoşdu. Uruz da qırx ala gözlü igidini özü ilә apardı. Qazan oğlunu götürüb uca dağlar üzәrinә ova çıxdı. Ov ovladı, quş vurdu. Sığın-geyik yıxdı. һündür və gözәl göy çəmənlikdә çadır qurdu. Bir neçә gün bәylәr elәcә yeyib-içdi. Sәn demә, Başı açığın1 Dadiani qalasından, Aq-saqa qalasından kafirin casusu bunları görüb, tәkürә dedi: «һey, nә oturursan, ay itini ulatmayan, pişiyini miyoldatmayan! Albanların* başçısı Qazan öz oğlu ilә sәrxoş olub yatır». On altı min qara donlu kafir ata mindi. Qazanın üzәrinə irәlilәdi. Baxıb gördülәr altı bölük toz endi. Kimi dedi: «Geyik tozudur», kimisi dedi: «Düşmən gәlir». Qazan dedi; «Geyik olsaydı, bir ya iki bölük olardı. Bilin ki, bu gәlәn düşmәndir». Toz yarıldı, gün kimi parıldadı, doniz kimi yayıldı, meşә kimi qaraldı. On altı min ip üzəngili, gecə papaqlı, azğın dinli, quzğun dilli kafir gәlib çıxdı. Qazan Qonur atını çәkdirdi, mindi. Oğlu Uruz bәdәvi atının cilovunu çәkib oynatdı, onun qarşısına gәldi, dedi:

 

-Ağam Qazan! Dәniz kimi qaralıb gәlәn nәdir?

 

Qazan dedi:

-Bәri gәl, aslanım oğul! Böyük dәniz kimi yayılıb gәlәn kafirin qoşunudur. Azğın dinli yağıdır, düşmәndir, oğul! Düşmәn arasına girib baş kәsmәyibsәn, adam öldürüb qan tökməyibsәn, qırx igidi götür özünlə, dağ başına çıx. Mәnim necә savaşaraq döyüşdüyümә, necә qılınc çalıb çәkişdiyimə, hәm bax, öyrәn, hәm göz olub, pusquda dur sən!

 

Uruz atasının sözünü sındırmadı, geri döndü. Yoldaşlarını da götürüb uca dağların başına çıxdı. O zamanlar oğul, ata sözünü iki elәmәzdi. 

 

Uruz atasına baxa-baxa cuşә gəldi. Dedi: «Bәri gәlin, qırx yoldaşım! Görürsünüz ki, ağam Qazan baş kəsdi, qan tökdü. Mәni sevәn igidlәrim, nə durmusuz, düşmәn qoşununun bir tərəfinə biz də hücum edәk!» Qaracıq atını oynatdı, Uruz kafirin sağ cinahına at sürdü. Sağlı-sollu düşmәni yaxşıca dağıtdı. Sanki dar yolda dolu düşdü, ya qaz sürüsünə şahin girdi. Kafirin bir cinahı basıldı. Kafirlər əldәn düşüb ox atmağa başladı.  Kafirlәr qayıdıb Uruzun üstünә düşdülәr. Uruzun qırx igidi atdan endi.

 

Uruza sağdan-soldan һucum etdilər, qırx yoldaşını һәlak etdilәr. Oğlanın üstünә düşüb tutdular. Qollarını bağladılar. 

 

Uruz dustaq oldu. Qazan xәbәr tutmadı. Elә sandı ki, düşmәn basılıb, Atın yüyәnini döndәrib geri qayıtdı. Gәldi, oğlanı qoyduğu yerdә tapa bilmәdi: «A bәylәr, oğlan hara getmiş ola?» dedi. Bәylәr dedilәr: «Oğlan quş ürәkli olur. Qaçıb anası yanına getmişdir». Qazan qaraldı, döndü. Dedi: «Bәylәr, Allah bizә bir fәrasәtsiz oğul vermişdir. Sonra Qonur atını dizlәri ilә vurub yola düşdü. Evinә gәldi.

 

Burla xatun Qazanın gәldiyini eşitdi. Qazanın qarşısına gәlib, üz örtüyünü qaldırdı. Qazanın üzünә sarı baxdı. Sağ-soluna göz gәzdirdi. Oğlu Uruzu görmədi.

 

Oğlunun evdə olmadığını gördükdə Qazanın ağlı başından getdi. Dedi: Qorxma, fikir elәmә, övdadır. Ovda qalan oğul üçün qәmlәnmә! Mәn Qazana yeddi gün möhlәt ver! Xan qızı dedi: «Qazan, oğlanın ovda olduğuna onda inanaram ki, yorğun atınla, kütlәşmiş nizәnlә ardına düşəsən». Qazan geri döndü. Gecәni gündüzә qatdı. Oğlanın anası duymadan әlaltı buyurdu: «Doxsan dәstә gәnc oğuz ardımca gәlsin! Bәylәr bilsin ki, Uruz dustaqdır»,— dedi. ...O yerə gәldi ki, düşmәn basılmışdı. Gördü oğlanın ala gözlü qırx igidi qırılmışdır. Oğlanın bәdәvi atı oxlanmış yatır. Meyitlər arasında oğlunu tapmadı. Qızıl dәstәkli qamçısını tapdı. Yәqin bildi ki, oğlu kafirlәrә dustaqdır. 

 

Kafirin izinә düşdü. Kafir Dәrbәnddә sakin olmuşdu. Oğlana qara yapıncı geydirmişdilәr. Eşikdә, qapı ağzında quru yerdә qoymuşdular; girәn-çıxan ayaqlayırdı. Kafirin izinә düşdü. Kafir Dәrbәnddә sakin olmuşdu. Oğlana qara yapıncı geydirmişdilәr. Eşikdә, qapı ağzında quru yerdә qoymuşdular; girәn-çıxan ayaqlayırdı.

 

Boyu uzun Burla xatun oğlunu andıqca qәrarı qalmadı. Qırx incә belli qız-oğlanla Qara ayğırını çәkdirib mindi. Böyük qılıncına qurşandı. «Başımın tacı Qazan gәlmәdi»—deyә izinә düşüb getdi.  Oğuz igidlәri bir-bir yetişdi. 

 

Boyu uzun Burla xatun kafirin qara bayrağını qılıncladı, yerә saldı. Tәkür basıldı, qalan düşmәnlәr qaçdı. Dәrәlәrdә kafirlərә qırğın düşdü. On beş min kafirdәn kimi qırıldı, kimisi tutuldu. Qazan, oğlunun yanına gәldi. Atından düşüb, әllәrini açdı. Ata ilə oğul qucaqlaşıb görüşdülәr. Oğuzlardan üç yüz igid һәlak oldu. Qazan, öz oğlunu xilas edib geri döndü. Hamı bir-birini tәbrik etdi. Oğuz bәylәri sevindilәr, böyük qәnimәt әldә etdilәr.

 

Yeddi gün, yeddi gecә yemәk-içmәk oldu. Qazan qırx evli qulla qırx xidmәtçi qızı oğlunun başına çevirib azad eylәdi. Qәһrәmanlıq göstәrәnlәrә böyük ölkə verdi, cübbә-çuxa verdi. Dәdәm Qorqud gәlib qopuz çaldı, oxudu.