Dastanlar

Qədim İngilis dastanı «Beovulf»

Beovulf" (qəd. ing. Beowulf - hərfi tərcümədə "arı canavarı", yəni "ayı") - eramızın təxminən VIII-XI əsrlərinə aid olan qədim ingilis dilində yazılmış Anqlosaks qəhrəmanlıq dastanıdır. 3182 sətirlik bu dastan qədim ingilis dilində yazılmış ən böyük poemadır və anqlosaks ədəbiyyatına aid nümunələrin 10%-ni təşkil edir. Məşhur ingilis yazıçısı Con Ronald Ruel Tolkien bu dastanı tədqiq etmişdir. Əlyazması Britaniya Muzeyində saxlanılır.


Qədim İngilis ədəbiyyatının ən parlaq şah əsəri, Anqlo-Saksonlardan qalmış bu əsərdə əski çağlardakı Danimarkanın kralı, Hrothgar, Heorot adlı bir cəlallı saray tikdirmişdi. Bu sarayın içi işıqlı dünya, çölü isə qaranlıq dünya idi. Sarayın içində şənlik məclisləri qurulur, şer və mahnı oxunur, eləki burdan çəng musiqisi və gülüş qəhqəhələri qaranlıqlarda yaşayan Qrendeli dəli edir. Qrendel dözə bilməyib gecə ilə Heorota saldırıb on iki adamı partaxlayır. Bu dəhşət neçə gecə təkrar olur. Çarəsız qalan Hrothgar dostları olan Geats ellərindən qəhrəman Beovulfu köməyə çağırır. Beovulf səs verib yardıma gəlir, və öz dolğun başarıqlı danışıqları ilə çox gözəl birisini isbat edir. Qrendelə heç nə kar salmırdı, nə qılınc, nə də ox. Beovulf onun sağ qolunu çəkib üzür və Qrendel ancaq canını qurtqrır. Hrothgar Beovulfa və yoldaşlarına çoxlu qızıl və başqa dəyərli hədyələr verir. Heorotu tərk etmək istəyən gecə, Qrendel`in anası saldırıb intiqam üçün kralın ən əziz dostu, gənişçisi, sağ əli, sağ qolu olan, Aeschereyi öldürür. Kral yoldaşı ölümünü eşidib dünyadan küsüb bir otaqda ağlamağa başlayır. Beovulf ona “Kişi yoldaşına ağlamaz, intiqam alar,” deyir.


Beovulf sabahısı qaranlıq bataqlıqlarda dərin göllərin dibində yaşayan Qrendelin anasını tapmağa yola düşür. Bu yerlərin qorxusundan kralın bütün adamları ordan qaçır, yalnız Beovulf və onun yoldaşları qalır. Beovulf dərin suya cumub su altı bir mağarada Qrendeli yuxuda tapıb başını kəsir. Sonra onun anası yumulur, Beovulf ilə tutuşub dalaşırlar, biri birinə ağır zərbələrlə saldırır, amma Beovulfun qılıncı ona kar salmır. Beovulf halsız suyun tərkinə düşür, ayılarkən qəbzəsində divlər əlyazması olan bir qılınc görüb o qılıncla Qrendelin anasının başını kəsir. Amma qılınc əriyib yalnız qəbzəsi qalır. Beovulf o qəbzəni və Qrendelin başını sudan çıxardır. Təkcə Qrendelin başını neçə adam apara bilmirdi. Bu döyüşdən sonra, qabaqkı kimi, onun iti ağli, bacarığı, və zəkası haqqında həm kral danışır həm kraliçə, həmdə aşıqlar dastanlar qoşur. Heorot və Danimarkanı qurtarıb çoxlu dəyərli hədiyyələr alandan sonra Beovulf yoldaşları ilə vətəninə dönüb əlli ildən sonra krallığa çatır.


Dastan boyu yaxşı və pis kralların özəllikləri və xarakterlərindən təmsillər deyilir. Yaxşı kral lap gənc çağlarından belə igid, əliaçıq, igidləri və xalqını qoruyan qorxmaz bir kimsə olmalıdır. Beovulfda bu özəlliklərin hamısı var. Amma yeni bir düşmən xalqına qarşı törədilir. Əsgərlərdən biri şəhərdən bayırda yaşayan əjdahanın xəzinəsinə çatıb bir qızıl güldan oğurlayır. Əjdaha da bilib gecəsi şəhərə saldırır. Əjdaha od yağdırır və çoxlu qırğın olur. Beovulf qocaldığına baxmayaraq xalqını qorumaq üçün əjdahanın mağarasına yollanır. Bu savaşda da igidlər hamısı qorxudan qaçarkən gənc Viglaf onları qınayır,  ikisi yalqız qalırlar bu çətin döyüşdə. Beovulf bu savaşdan bir üşünürdü, hər halda əjdahanı ağır bir mübarizədən sonra öldürə bilir. Amma bu onun son savaşı olur. Gənc Viglaf xalqı toplayıb dəniz qırağında sevgili krallarına tayı görünməmiş bir törən tutdurur. Lap uzaqlardan görünə bilən çox uca bir tonqal qurub Beowulfu yandırırlar, və ona ağlaşıb vidalaşarkən əjdahadan aldığı o böyüklükdə xəzinəni dənizə tökdürürlər.