Şeirlər

Hikmət Mahmud. “Ucalmışıq”

Sən ev evim, ana torpaq, 
Sən bir tarix, sən bir kitab. 
Çevirdivim hər bir vərəq 
Min suala verir cavab. 

 

Həyat dəniz, ömür gəmi, 
Yollarımız çətin olub. 
Qaralmışıq kömür kimi, 
İradəmiz mətin olub. 

 

Quduz düşmən at oynatdı 
Gül-çiçəkli çəmənimdə. 
Yadlar qultək alıb-satdı 
Məni doğma vətənimdə.
Dözdük, dözdük hər zillətə, 
Məşəl kimi, sönmədik biz. 
Qovuşmaqçün səadətə 
Haqq yolundan dönmədik biz. 

 

Qaranlığa od saçmışıq 
Səməndərtək yana-yana. 
Köksümüzlə yol açmışıq 
Bu xoş günə, xoş dövrana. 

 

Pillə-pillə qalxa-qalxa 
Zirvələrə ucalmışıq. 
Biz can verib bu torpağa, 
Bu torpaqdan güc almışıq.