Bu maraqlıdır!

Ağaca bitişən velosipedin hekayəsi

Yəqin ki, bu fotoşəkilə rast gəlmisiniz. ABŞ-ın Vaşinqton əyalətində meşədə bir ağaca bitişmiş köhnə velosiped tapılıb. Velosiped ağacın içərisində yerdən iki metr yarım yüksəklikdə bitişik şəkildə durur. Bu velosipedin maraqlı bir hekayəsi var.


ABŞ-da yaşayan 99 yaşlı bir qadın, oğlunun yarım əsrdən artıq itkin düşmüş velosipedini tanıyıb. Vaşinqtonda yaşayan xanım Helen Pazın sözlərinə görə, əri öldükdən sonra 1954-cü ildə qonşuları yığışıb oğlu Dona bir velosiped alıblar.


"Qonşularımız çox mehriban və səxavətli insanlar idi. Don və mən tək qalanda onlar bizə kömək edirdilər. Dona bir velosiped hədiyyə etdilər. Bu həmin velosipeddir” deyə Helen Paz bildirib.


Ancaq o dövrdə 8 yaşlı Donun bu velosipedə ehtiyacı yox idi və o, velosipedi meşədə "unudub". İllər keçib və görünür, velosiped körpə bir ağacın yanında qalıbmış. Ağac böyüdükcə velosiped də ona bitişik şəkildə "böyüyüb".