Təbiət

Üçtikanlı tikanbalığı

Üçtikanlı tikanbalığı- Tikanbalığıkimilər fəsiləsinin Qasterosteus cinsinin nümayəndəsidir. Uzunluğu 5-6, bəzən 10 sm-ə çatır. Bel üzgəcinin qarşısında 3 sərbəst tikan vardır.

 

Qarın üzgəcləri də tikan şəklindədir. Tikanbalıqları xırda xərçəngkimilər, həşarat sürfəsi, dibdə yaşayan orqanizmlər və başqa balıqların kürü və sürfələri ilə qidalanırlar. Üçtikanlı tikanbalığı qısa ömürlüdür, 3-5 il yaşayır. 3-4 ayda artıq cinsi yetkin balıqların ölçüsünə çatır. Qarın nahiyəsi gümüşü-ağ, başın və bel hissəsi isə tünd rəngdə olur.


Atlantik və Sakit okeanların şimal hissələrində geniş yayılmışdır. Murmansk yaxınlığında, Ağ dənizdə rast gəlinir. İlk dəfə Xəzər dənizində tikanbalığıkimilər sinfinə daxil olan üçiynəli tikanbalığına 1984-cü ildə təsadüf olunub və bundan sonra az müddət ərzində o, Orta və Cənubi Xəzərdə, həm də Dəvəçi limanında geniş yayılıb.


Bir yaşında cinsi yetişkənliyə çatır. Kürü tökmə aprel ayından iyul ayınadək davam edir. Kürütökmə prosesi olduqca maraqlı keçir. Erkəklər su bitkilərindən xüsusi girişi və çıxışı olan yuva düzəldirlər. Dişi balıqlar öz kürülərini həmin yuvaya tökür və kürüdən sürfələr çıxanadək yuvanı qoruyurlar.