Xəbərlər

Musiqi məktəbində kamança ixtisası üzrə şagirdlərin konserti olub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbində kamança ixtisası üzrə şagirdlərin konserti olub.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbirin iştirakçılarına konsert haqqında məlumat verilib.

Sonra şagirdlərin ifasında Azərbaycan və xarici bəstəkarların əsərləri səsləndirilib.

Konsert iştirakçılar tərəfindən maraqla qarşılanıb.