Bu maraqlıdır!

Dünyanın ən böyük və qədim pilləkənli quyusu: "Çand Baori"

Dünyanın ən böyük və qədim pilləkənli quyusu "Çand Baori" Hindistanda yerləşir. 3500 pilləli pilləkən ideal simmetriya ilə tikilib və 20 metr dərinlikdəki quyuya tərəf gedir. 


"Çand Baori" Nikumba sülaləsindən olan Kral Çandın dövründə, 8-9-cu yüzillikdə tikilib və əsrlərlə sakinlərin su ehtiyacını ödəyib. Həmin quyu öz memarlıq üslubu ilə diqqətləri özünə çəkir.

33 metr dərinliyə sahib bu quyu "dünyanın ən dərin quyusu" statusunu alıb. 13 mərtəbəli quyu su ehtiyacını qarşılamaq və yağış sularını toplamaq məqsədilə inşa edilib.

Məlumdur ki, region quraqlığı ilə məşhurdur , bu səbəbdən  belə bir quyunun sakinlər üçün misli-bərabəri yoxdur.


Bundan əlavə ilin isti fəsillərində insanlar sərinləmək üçün pilləkənlərdə otururdular. Belə ki, quyunun  aşağısında  hava yuxarıdakına nisbətə həmişə 5-6 dərəcə aşağı olur.

Sudan içmək və orada çimmək qəti qadağandır. Quyuya düşən pilləkənlər çox dik və qıraqları açıq olduğundan turistlərə ehtiyatlı olmaq tapşırılır.