Xəbərlər

Təhsil müəssisələrində Xocalı dərsi

Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunub.

 

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu qurumun “Xocalı soyqırımının 27-ci ildönümününün keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən tədris olunan dərslər zamanı XX əsrin ən böyük faciəsi barədə ətraflı məlumat verilib, Vətənə məhəbbət, düşmənə nifrət hissləri təbliğ olunub.

 

Fevral ayı ərzində Tədbirlər Planına uyğun olaraq, ölkədə fəaliyyət göstərən ali, orta ixtisas, peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində Xocalı soyqırımına həsr edilmiş xatirə gecələri, foto və rəsm sərgiləri keçirilib. Həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə dair sənədli və bədii filmlərin nümayişi təşkil olunub.