Təbiət

Şəffaf osminoq

Şüşə osminoq Amphitretidae fəsiləsinin Vitreledonella cinsindəndir. Vitreledonella richardi dünyanın tropik və subtropik dənizlərində tapılan, uzunluğu 11 sm (yetişkinlərdə 45 sm), şəffaf, jelatin kimi və demək olar ki, rəngsiz bir mezo-batial zona osminoqdur. Üstdəki 3 cüt qolu demək olar bərabərdir. Cavan osminoqlarda başındakı örtük uzunluğunda, yaşlılarda isə 2-3 dəfə uzundur. 4-cü cüt ayaq biraz daha qısadır. Bir sıradakı əmici tellər bir-birindən daha geniş məsafədədir və kiçikdir.  Şəffaf osminoqun gözləri yan tərəfdən baxıldıqda göründüyü kimi- düzbucaqlı formadadır. Vitreledonella richardi ovovipar canlıdır. Yəni yumurtaları öz bədənində inkişaf edən heyvandır.

Dişi, yüzlərcə yumurtanı mantiya boşluğunda saxlayır. Hər bir yumurtanın diametri 4 mm-dir. Yeni yumurtadan çıxan balalar isə 2.2 mm uzunluğunda olur.