Təbiət

Ən uzun quyruqlu yabanı quş

Çinə aid olan Riv qırqovulu Syrmaticus cinsinə daxil olan ən böyük qırqovuldur. Qırqovulun adı, onu ilk dəfə 1831-ci ildə Avropaya təqdim edən təbiətşünas Con  Rivsin şərəfinə verilib. Erkəklər  210 sm uzunluğunda, 1,529 qr çəkidədir. Gözlərinin kənarı qırmızı, göz qişası qəhvəyi, ayaqları boz, tükləri qızıl və qırmızıdır. Quyruğu olduqca uzundur və qəhvəyi-ağ rənglərlə cizgilənib.

Bu quş, Ginnesin Rekordlar Kitabının 2008-ci il nəşrinə ən uzun quyruqlu quş olaraq düşüb. Quyruğun uzunluğu 2.4 m-ə çatır. Dişilər isə 75 sm, 949 qr çəkidədir. Onların gövdə tükləri boz-qəhvəyi rənglərdədir. Dişilərin quyruq uzunluğu isə 30 sm-dir.

Riv qırqovulunun yarım-fəsiləsi olmasa da, bəzi növlərində rəng dəyişikliyi mövcuddur. Çinin mərkəzi və şərqində, həmişəyaşıl meşələrdə yaşayır. Quyruq lələklərinə və ətinə görə həddindən artıq ovlandığından Qırmızı kitaba məhvolma təhlükəsi altında olan quş kimi düşüb.

Vəhşi təbiətdə sadəcə 2000-ə yaxın Riv qırqovulunun qaldığı düşünülür. Bu quşlar çox dözümlüdür həm çox isti, həm də çox soyuğa dözürlər. Dişilər aprel-may aylarında 7-14 yumurta qoyur. 24-25 gün sonra balalar yumurtadan çıxır. Onlar insana və digər qırqovullara qarşı çox əsəbi olur. Xüsusilə çoxalma dövründə.


Meyvə, dənli bitkilər və toxumlar bu quşların əsas qidasını təşkil edir.