Xəbərlər

6 Aprel – Beynəlxalq Cizgi Filmləri Günüdür

Dünya Cizgi Filmi günü 2002-ci ildə Beynəlxalq Animasiya Filmləri Dərnəyi tərəfindən təsis edildi.

1906-cı ilin aprelin 6-da Con Stuart Blekton və Albert Smit Amerikanın kinoteatr birliyi ilə Vitage təsisçiləri ilk cizgi filmləri “Gülməli üzlərin gülməli mərhələləri” adlı film çəkmişdir. Bunlar animasiya tarixində ilk cizgi filmləri idi.

Dünya Cizgi Film Gününü qeyd etmək fikri yalnız 2002-ci ildə yaranmışdır və həmin gündən dünyanın bir çox ölkələrində qeyd olunur. Beynəlxalq Cizgi Filmləri Günü öncəsi dünyanın hər yerindən animasiya kinosu peşəkarları və həvəskarları öz filmlərinin proqramlarını bir-birləri ilə bölüşür və bu hadisəni bütün il gözləyən tamaşaçılar üçün əsərlərinin ilk nümayişini göstərirlər. Cizgi filmlərinin belə seansları artıq dünyanın 104 ölkəsində keçirilir.