Xəbərlər

İdman rəqsləri üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən 12 nömrəli tam orta məktəbdə idman rəqsləri üzrə paytaxt birinciliyi keçirilib.

 

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, birincilikdə “Azəri inciləri”, “Çinar”, “İmpuls”, “Olimp”, “Rovesnik” və “Aypara” idman rəqs təşkilatlarını təmsil edən 32 idmançı 3 yaş qrupunda 6 yarış proqram üzrə mübarizə aparıb.

 

Yekun nəticələrə əsasən, uşaqların birinci yaş qrupunda Vasiliy Lebedev və Sofiya Şefçenko qızıl medal qazanıblar. Uşaqlar arasında ikinci yaş qrupunda Amir Mirsadıx və Ayşə Atakişiyeva fərqləniblər. Yeniyetmələrin mübarizəsində Qaflan Abbasov və Anastasiya Kşinyakina fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

 

Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.