Mədəni irsimiz

Nizami Gəncəvi söz haqqında

Təkcə Azərbaycanın deyil, Şərqin və dünyanın dahi şairi Nizami Gəncəvi sözə yüksək qiymət vermişdir:
 
Söz-eşqin lüğətindən öz canımızdır bizim,
Biz sözük, bu bədənsə, eyvanımızdır, bizim!  
 
Şair sözə böyük qiymət verərək, hikmətli sözün qızıldan da üstün olduğunu söyləmişdir:
 
Sordu: “Köhnə qızıl, təzə sözmü yaxşıdır?”
Söz sərrafı söylədi: “Söz dünyanın naxşıdır!”
 
Nizami yaradıcılığında insanın dəyəri çox ucadır. Xaliqin yaratdığı canlı-cansız nə varsa, insan onların ən şərəflisidir, uca tutulur. Lakin insan sözünün dəyərini bilməli, bununla da özünün dəyərini göstərməlidir:
 
Söz-bu dünyada bərabərdir ürəyə,
Dəyişilməz onun abırı bir çörəyə!
 
Bu müdrik şair sözü insan üçün havadan, sudan da artıq saymış və qədərində qiymətli olduğunu söyləmişdir:
 
Sözün də su kimi lətafəti var,
Hər sözü az desən, daha xoş olar!