Xəbərlər

Türkiyənin idman mövzulu ilk cizgi filminin təqdimatı olub

Türkiyənin ilk idman mövzulu "Sürətli ayaqlar" adlı cizgi filminin təqdimatı olub.

 

AZƏRTAC xəbər verir ki, ölkənin Gənclik və İdman Nazirliyi tərəfindən hazırlanan cizgi filmində, eyni zamanda, əlilliyi olan şəxslərə qarşı düzgün münasibət haqqında məlumatlara da yer ayrılıb.

 

Filmin ilk bölümü aprelin 23-də Türkiyə televiziyalarında tamaşaçılara təqdim olunub.