Xəbərlər

“Məktəblilər üçün muzey həftəsi” davam edir

“Muzeylər və Nəsimi irsi” proqramı üzrə “Məktəblilər üçün muzey həftəsi” davam edir.

 

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, “Muzeylər və Nəsimi irsi” proqramı bu qurumun Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə reallaşdırılır.

 

“Məktəblilər üçün muzey həftəsi” mayın 18-dək davam edəcək.