Xəbərlər

“Banu” rəqs kollektivi beynəlxalq festivalda ölkəmizi uğurla təmsil edib

Bərdə Regional Mədəniyyət İdarəsinin Mingəçevir şəhər şəhid F.Qasımov adına Uşaq İncəsənət məktəbinin “Banu” rəqs kollektivi Türkiyənin Anamur vilayətində keçirilən 13-cü Uluslararası Kültür və Muz festivalında iştirak edib.

 

AZƏRTAC xəbər verir ki, festival Türkiyə Cümhuriyyətinin Anamur Bələdiyyəsi tərəfindən təşkil olunub.

 

Məktəbin “Banu” rəqs kollektivinin çıxışları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Festivalın sonuncu günü “Banu” rəqs kollektivi fəal iştirakına görə təltif olunub.