Xəbərlər

Bu gün Dünya Fotoqrafiya Günüdür

Bu gün Dünya Fotoqrafiya və ya Dünya Foto Günüdür. Həmin təqvim 2009-cu ildə avstraliyalı fotoqraf Korske Ara tərəfindən təsis edilib.

 

Fotoqrafiyanın prototipi olan üsul geniş ictimaiyyətə 1839-cu il məhz avqust ayının 19-da təqdim olunduğu üçün bu gün əlamətdar tarix kimi seçilib. 

 

Fotonun alınma üsulu Lui Jak Manda məxsusdur. Fransa hökuməti bu perspektivli işin patentini alaraq onu “dünyaya hədiyyə” adlandırıb. Hazırki yüksək keyfiyyətli fotoqrafiyanın ilk “rüşeymi” bu tarixlə əlaqələndirilir. 

 

Azərbaycanda da foto işi hələ XIX əsrin sonlarında inkişafa qədəm qoyub. 20-ci əsrin əvvəllərindəki Bakı istedadlı fotoqrafları və gözəl fotoları ilə fəxr edib.

 

Ölkənin müasir paytaxtında 1998-ci il noyabrın 20-də Azərbaycan Fotoqraflar Birliyi (AFB) Respublika Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və fotoqrafların ilk rəsmi cəmiyyəti yaradılıb. 

 

AFB hazırda 150-yə yaxın istedadlı fotoqrafı birləşdirir. Milli foto ustalarının müntəzəm olaraq paytaxtda və bölgələrdə, həmçinin xaricdə sərgiləri təşkil olunur. Onların arasında beynəlxalq müsabiqələrin qalibləri də az deyil.

 

Hər il avqustun 19-da dünyanın hər yerindən peşəkar və həvəskar fotoqraflar müxtəlif şəkillər çəkərək #worldphotoday həştəqi vasitəsilə izləyiciləri ilə paylaşırlar.