Xəbərlər

9 sentyabr – Beynəlxalq Gözəllik Günüdür

XX əsr kosmetologiya sahəsində inqilabi dəyişikliklər dövrü olmuşdur. Beynəlxalq Estetika və Kosmetologiya Komitəsi (SİDESKO) Beynəlxalq gözəllik günü elan edilməsi təşəbbüsü ilə çıxış etmişdir.

 

AZƏRTAC xəbər verir ki, 1995-ci ildən başlayaraq hər il sentyarbın 9-da dünyada insanlara estetik və mənəvi zövq verən nə varsa xüsusi diqqət obyektinə çevrilir. Məhz sentyabrın 9-da bir sıra ölkələrdə və şəhərlərdə gözəllik müsabiqələri keçirilir.

 

Həmin müsabiqələrdə iştirak edən zərif cinsin nümayəndələrinin heç də hamısı klassik sayılan 90-60-90 parametrlərinə uyğun olmur. Münsiflər heyəti iştirakçıların zahiri görkəminin mütənasibliyi, bənzərsiz gözəlliyi ilə seçilən xanımlara üstünlük verir.