Xəbərlər

Balaca fidanlara nağıl saatı təşkil edilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Mirzə Ələkbər Sabir adına şəhər kütləvi kitabxanasının uşaq şöbəsi uşaq bağçasında nağıl saatı keçirib.

 

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, bağça uşaqlarına nağıl oxunub. Uşaqların diqqətini toplamaq və dinləmə qabiliyyətlərini araşdırmaq məqsədi ilə onlara oxunmuş nağıldan suallar verilib.

 

Bağça rəhbərliyi və pedaqoji kollektiv tədrisin ilk günlərində belə fəaliyyətin uşaqlar üçün faydalı olduğunu qeyd ediblər.