Yumor

"Keç mənim günahımdan" (lətifə)

Molla bazarda bir dəstə adama rast gəlir. Baxır ki, ortalığa yağ-bal qoyub, çox iştaha ilə yeyirlər. Yaxınlaşıb deyir: 
– Salam əleyküm, ay paxıl görməmişlər!.. 


Adamlardan biri deyir: 
– Molla, bu nə sözdü? Biz paxıl deyilik. Çox səxavətli, çox da gözü-könlü tox adamlarıq. 


Molla tez yağ-balı öz qabağına çəkib, başlayır yeməyə ki: 
– Görürsən, ay Allah, mən nə böyük səhv eyləmişəm? Bunlar, doğrudan da, səxavətli adamlar imişlər. Keç mənim günahımdan.