Xəbərlər

Hindistanda ikibaşlı kobra tapılıb

Hindistanın Qərbi Benqal əyalətində yerləşən Midnapur şəhəri yaxınlığında ikibaşlı kobra tapılıb.


Şahidlərin söylədiyinə görə ilan qonşu kəndə qəflətən gəlib, lakin sakinlər çağırılmayan qonağı incitmədən süd ilə doyurublar. 


Latınca adı Naja kaouthia olan kobra - zəhərli ilan növüdür. Onlara əsasən Cənubi və Cənub-Şərqi Asiyada rast gəlinir. İlanlar düyü tarlalarında, bataqlıqlarda, çəmənliklərdə və meşələrdə yaşayır, lakin başqa yerlərdə də görünə bilər.