Şeirlər

Ələmdar Quluzadə. "İsti su, soyuq su"

Suyu soyuq içəndə
Bir neçə gün ağrıyır 
Qardaşımın boğazı. 
Çayı isti içəndə
Bişir babamın dili, 
Yanır nənəmin ağzı. 

 

Müəllim dağ çayından, 
İsti, soyuq sulardan
Sual verdi Sunaza. 
Dərsi oxumamışdı, 
Ona görə bilmədi
Suları necə yoza.