Xəbərlər

13 fevral- Ümumdünya Radio Günüdür

Fevralın 13-ü Ümumdünya Radio Günüdür. Bu tarix 1946-cı il fevralın 13-də “BMT radiosu”nun ilk dəfə efirə çıxması ilə əlaqədar seçilib.


Ümumdünya Radio Günü bütün radio həvəskarları – istər iri şirkətlər, istərsə də ayrı-ayrı şəxslər arasında əməkdaşlığı möhkəmlətmək və informasiyadan hamının istifadə etməsi imkanlarını artırmaq məqsədilə keçirilir.

 

Radioverilişlər ən müxtəlif mövzular üzrə demokratik müzakirələr üçün platforma rolunu oynayır. Hətta müasir rəqəmli kommunikasiyalar dünyasında radio digər kütləvi informasiya vasitələri ilə müqayisədə daha böyük insan kütləsinə əlçatandır. Radio vasitəsilə son dərəcə vacib məlumat ötürülür və mühüm mövzular geniş işıqlandırılır.

 

Azərbaycanda isə hər ilin noyabrın 6-da Radio Günü qeyd olunur. Bu tarixin seçilməsi isə Dövlət Radiosunun 6 noyabr 1926-cı ildə efirə çıxması ilə bağlıdır. İlk vaxtda radio proqram cəmi 1 verici vasitəsi ilə yayıma başlamış və yalnız, Bakının mərkəzi ərazisini əhatə edirdi. Ötən dövr ərzində Radio Televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyi tərəfindən bütün yaşayış məntəqələrində yeni radio vericilər quraşdırılmışdır.