Şeirlər

Simax Şeyda. Tısbağa

Bir tısbağa
girdi bağa.
Görüb onu,
Qorxdu Emin.
Haray saldı:
Kömək edin!
Səs-küyə
Gəldi nənə.
-Nə olmuşdu?-
Dedi, sənə?
-Məni görüb,
Yeridi o,
Gəl, ay nənə,
Qaçaq burdan.
-Tısbağadır,
Qaçma, oğlum.
Dəyməz sənə,
Qurban olum.
Yetişəndə
Ağ üzümlər,
O da bağa
Qonaq gələr.