Şeirlər

Xanımana Əlibəyli. Kimin işidir?

Görəsən, gecə vaxtı

Bostanda kim işlədi?

Gəzib qarpıza baxdı,

Kələmləri dişlədi.

Şirin kökləri kəsdi,

Bəs nə üçün tələsdi?

 

 

Tökdü moruq koluna,

Düzəldi öz yoluna.

O qorxdu, əsdi bığı,

Kökün ən dəymişidir

Özünə topladığı,

Bu, dovşanın işidir.