Təbiət

Dəniz çırağı balığı (Petromyzon marinus)

Petromyzon marinus- Dəniz çırağı kimi də tanınan və görənləri qorxudan təhlükəli dəniz canlısı Kanadanın Nyu-Brunsvik bölgəsində yaşayır. Mütəxəssislərin fikrincə, bölgə əhalisinin bu balıqlardan qoruna biləcəyi yeganə vaxt onların kürü tökmə dövrüdür.

 

Bəzən səhvən ilan balığı ilə müqayisə edilən Petromyzon marinusa "vampir balığı" da deyirlər.

 

Dairəvi, buynuzvari dişlərlə dolu güclü ağzı var. Bu canlı ömrünün çox hissəsini dənizdə keçirir, digər balıqların qanı ilə qidalanır. Sevimli ovları pişik balığı, qızılbalıq və göy qurşağı alabalığıdır. 

 

Uzunluğu 1 metrə, çəkisi 2,5 kiloqrama çatır.  

 

Yetkinlik dövründə bu canlı çoxalmaq üçün çaylara gedir.