Xəbərlər

Dövlət Pantomima Teatrı uşaqlar üçün tamaşa göstərəcək

Bakı, 8 noyabr, AZƏRTAC 
 
 
Azərbaycan Dövlət Pantomima Teatrının noyabr repertuarında uşaqlar üçün rejissor Bəxtiyar Xanızadənin “Fəlakət və insan” adlı maarifləndirici tamaşası nəzərdə tutulur. Səhnə əsəri noyabrın 12-də və 26-da saat 14:00-da göstəriləcək. Tamaşada zəlzələ və daşqın zamanı uşaqlara nə etmək, necə qorunmaq lazım olduğu nümayiş etdiriləcək. 
 
 
Pantomimanı “sözsüz teatr” da adlandırmaq olar. Teatrın universal dili olaraq qəbul edilən pantomima hərəkətin dili ilə istənilən duyğu və ya mövzunun izah olunmasıdır.
 
 
Azərbaycanda pantomima teatrının tarixi 1994-cü ildən başlayır. Sonradan bu teatr-studiya Dövlət  Pantomima Teatrına çevrilib. Teatrın baş rejissoru Bəxtiyar Xanızadədir.