Teymur Elçin. Tapmacalar
Balaca bir quşam mən,
Budağa qonmuşam mən.
Hər tərəfə qar yağıb,
Soyuqdan donmuşam mən.
Yem gəzirəm, cik-cirik,
Görməsin məstan pişik.
(Sərçə)
Nə başı var, nə gözü,
Görünmür heç vaxt özü;
Aşır dağdan, dərədən,
Keçir çaydan, bərədən.
Qovur, tutur, güləşir,
Yıxır, sökür vurhəşır.
Yatır hərdən o sakit,
Oyananda çalır fit.
Durub qaçır, tələsir,
Ağac əsir, o əsir.
(Külək)
Bağlı meşəni
Özüm açaram.
Pəhləvanları
Yıxıb qaçaram.
(Balta)
Bağlara Kəmər taxar,
Axşam, səhərLal axar.
(Arx)
Toxudum, hördüm,
Büründüm, yatdım.
Yuxu da gördüm,
Bir gün özümü
Özüm oyatdım.
(İpəkqurdu)
08.01.2018