Tapmacalar

Teymur Elçin. Tapmacalar

Görənlər bilir;

Götürdüyüm yük

Həmişə olur

Özümdən böyük.

Torpaqda dərin

Yuvam var-sərin.

Özüm çalışqan,

Adım? 

 

(Qarışqa)

 

 

 

 

 

 

 

 

 

 

Balacayam, sarıyam,

Deməyin ki, darıyam.

Sizə çörək oluram,

Zəmilərin barıyam.

 

(Buğda)

 

 

 

 

 

 

 

 

Xortumu var, fil deyil,

Ömrü heç bir il deyil.

Qanadları zərifdir,

Rəngi də çil-çil deyil.

Sevdiyi gül-çiçəkdir,

Peşəsi işləməkdir.

Ona qonaq gəlsəniz

Bilin, evi pətəkdir.

 

(Arı)