Xəbərlər

Dünyanın ən qara quşları

Bakı, 8 fevral, AZƏRTAC

 


Alimlər dünyanın ən qara quşlarını tapıblar. Onların xüsusi lələkləri daha çox günəş şüası udaraq quşlara tünd qara rəng verir. 


Amerikalı ornitoloqlar Papua-Yeni Qvineyada yaşayan bəzi quş növlərinin tünd rəngli lələklərinin digərlərinə nisbətən daha çox işıq şüası udduqlarını müəyyənləşdirib. Qeyri-adi hal günəş şüasını effektiv şəkildə əks etməyə və udmağa imkan verən unikal mikro teksturanın mövcudluğu ilə bağlıdır. Belə ki, bəzi quş növlərinin lələkləri xüsusi piqment sayəsində üzərlərinə düşən günəş şüalarının 99,96 faizini udur.

 

Aşağı əksetmə qabiliyyəti quşların siluetini “sındıraraq” və ona qeyri-adı forma verərək xarici görünüşünü müəyyən dərəcədə dəyişir. Ornitoloqlar lələklərin tərkibini bəzi növlərdə cinsi seçimin xüsusiyyəti ilə izah edirlər – mavi rəng dişilərin diqqətini çəkməyə imkan verir.


Tədqiqatçılar lələklərin struktur modelinin 3 ölçülü çap vasitəsi ilə hazırlanmasının təbiət tərəfindən yaradılan texnologiyanın tətbiqi üçün gözlənilməz sahələr aça biləcəyini qeyd edirlər.