Xəbərlər

"SandLand" studiyası balacalara ebru texnikasını öyrədəcək

Bakı, 10 mart, AZƏRTAC


Martın 11-də "SandLand Azerbaijan" studiyasında balacalar üçün ebru texnikası üzrə ustad dərsi  təşkil olunacaq.


AZƏRTAC xəbər verir ki, ustad dərsi yeddi yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub. 


Uşaqlara ebru texnikası üzərində işləməyin sirrləri öyrədiləcək.