Tapmacalar

Birlikdə tapaq

 

Ağ yerə toxum səpərlər.
(yazı)
 

 

 

 



Ağzı birdi, dili mindi, 
Gah belə deyir, gah elə.
(qələm)
 

 


 

 

 

 

 

Ağca atı nalladım, 
Səmərqəndə yolladım.
(məktub)
 

 
 

 

 

Bir qapağı, min yarpağı.
(kitab)
 
Bir qarpızım var cığal,
Üstünə dünya sığar.
(qlobus)
 

 

 

 

 

 

Bir sehirli fanaram, 
Kibritsiz də yanaram. 
Nə yerdə yox, nə göydə, 
Havadan sallanaram.
(elektrik lampası)
 

 

 

 

 

 

 

 

Nə dili var, nə ağzı
Nə tarı var, nə sazı,
Hər yerdən xəbər verər,
Oxuyar xoş avazı.
(Radio)

 

 

 

 

 

 

 

 

Taxta dəmir,
Gah əyilir,
Gah düzəlir.
(bıçaq)