Xəbərlər

Uşaqlar üçün “ağıllı” saat

Çinin “Xiaomi” şirkəti uşaqlar üçün hazırladığı “Mi Bunny Children Phone Watch 2C” smart qol saatını təqdim edib.
 
AZƏRTAC-ın “vevby.ru” saytına istinadən verdiyi məlumata görə, cihaz dairəvi formalı PMOLED ekranı ilə təchiz edilib. Ondan telefon aparatı kimi də istifadə etmək mümkündür.
 
Saatın SOS funksiyası və təhlükəsizlik üçün digər funksiyaları mövcuddur. Məsələn, valideynlər bu saatı taxmış uşaqlarının harada olduğunu izləyə və müəyyənləşdirə biləcəklər.
 
Cihaz mavi və açıq narıncı rəngdə hazırlanıb. Qiyməti 30 dollar təşkil edir.