Atalar sözləri

Qonaqsız ev- susuz dəyirman

Qonaq sevənin süfrəsi boş olmaz.
*****
Qonağın ruzisi özündən qabaq gələr.
*****
Qonağa “çörək yeyirsən?” deməzlər.
*****
Qonşunun xətrin istə (qədrini bil), amma çəpəri arada saxla.
*****
Gəmiyə minib, gəmiçi ilə dalaşma.
*****
Evin yaraşığı uşaqdır, süfrənin yaraşığı qonaq!
*****
Qonaq bərəkət gətirər.
*****
Vaxtsız qonaq öz kisəsindən yeyər.
*****
Qonşunu iki inəkli istə, özün bir inəkli olasan.