Mədəni irsimiz

“Əshabi-Kəhf” haqqında

“Əshabi-Kəhf”lə bağlı uzun illərdən bəri müxtəlif istiqamətli kitablar, məqalələr yazılıb, filmlər çəkilib. Qaynaqlarda daha çox Türkiyədəki yeddi yatmış və onlarla bağlı rəvayətlərdən bəhs edilib. Azsaylı müəlliflər istisna olmaqla, Naxçıvandakı “Əshabi-Kəhf” və onunla bağlı hadisələr lazımınca araşdırılmayıb. Çap olunan materiallar isə daha çox rəvayəti, dini və mifik mətnləri əhatə edir.


Azərbaycanın ümummilli lideri Heydər Əliyev hələ Sovet hakimiyyəti illərində xalqımızın dininə, inanclarına hörmət bəsləmiş və müqəddəs yerlərə qayğı göstərib. Bu qayğı müstəqillik dövrümüzdə də davam edib. Onun 1998-ci ildə “Əshabi-Kəhf”in abadlaşdırılması və bərpa edilməsi barədə göstəriş verməsi, xalqımızın dininə və tarixinə göstərilən qayğının bariz nümunəsidir. Bu gün “Əshabi-Kəhf” tarixi abidəsi və ziyarətgahı yenidən qurulub, burada məscid tikilib, yol çəkilib, zəvvarlar üçün hər cür şərait yaradılıb. “Əshabi-Kəhf” tarixinə, “Qurani-Kərim”də adı çəkilən ziyarətgahın Naxçıvana aid olmasına yönəldilib. Aparılmış hərtərəfli araşdırmalardan aşağıdakı nəticəyə gəlmək olar:


“Əshabi-Kəhf”lə bağlı rəvayət Naxçıvanda formalaşmaqla, əvvəlcə türk xalqları, sonra digər xalqlar arasında yayılıb. “Qurani Kərim”də adı çəkilən “Əshabi-Kəhf” bütün əlamətləri ilə Naxçıvandakı “Əshabi-Kəhf”lə uyğun gəlir. Mağara qədim ata ocağı, yaşayış məskəni kimi “Əshabi-Kəhf” hadisəsindən əvvəl mövcud olmaqla müqəddəs hesab olunub. Buradakı inanclar heç bir dinə deyil, qədim türklərin inanclar sisteminə, təbiət kultuna aiddir. “Əshabi-Kəhf” fiziki təmizlik, ruhu paklıq halında olan qulun Tanrıya yönəldiyi ali məqamdır. “Əshabi-Kəhf” Azərbaycan türkünün qədim ata yurdu, Naxçıvanda min illər boyu tapındığı mağaranın daşlarına hopmuş mənəvi, tarixi kimlik vəsiqəsidir.