Görkəmli şəxsiyyətlər

Uşaq yazıçısı Agniya Barto

Şairə Agniya Barto yazdığı şeirlərlə dünyadakı milyonlarla uşağın taleyini bəlkə də müsbət yöndə dəyişdirməyi bacarıb. Onun nümunəvi hesab edilən həyatı haqqında elə də çox danışılmır. Sovet İttifaqının ən sevilən uşaq yazıçısı Agniya Barto haqqında bəzi faktlara nəzər salaq:

 

Ədəbiyyat tarixçiləri yazıçının hansı ildə anadan olması haqqında hələ də dəqiq qənaətə gələ bilməyiblər (1905 və ya 1906-cı il). Agniya gəncliyində ailəsinə kömək etmək məqsədilə “Geyim” mağazasında çalışıb. Əslində 15 yaşı olsa da işlədiyi vaxt özünü 16 yaşında təqdim etmişdi. 

 

 

Gələcək şairənin ən sevdiyi məşğuliyyətlərindən biri rəqs etmək idi. Atası onu səhnədə görməyi çox istədiyinə görə Barto balet məktəbinə gedib. Musiqi və rəqsə olan sevgisi daimi olsa da o, baletlə qısa müddət məşğul olub.  

 

Buraxılış imtahanları zamanı Agniya Lvovna ilk poeması “Dəfn marşı”nı oxuyub. Bu zaman auditoriyada dövlət xadimi, yazıçı Anatoli Lunaçarski də var idi.  Elə o, gənc şairənin şən və asan şeirlər yazacağını əvvəlcədən demişdi. Bu, Aqniyanın xətrinə dəysə də sonradan Lunaçarskinin sözlərinin düz olduğu məlum oldu. 

 

 

Agniya Barto Lev Nikoloyeviç və Mariya Volovixin ailəsində anadan olub. Barto soyadını ilk həyat yoldaşı şair Pavel Bartodan alıb. Barto soyadını dünyada məşhurlaşdıran isə Pavel yox, şairənin özü idi. 

 

 

Müharibə zamanı Agniya Barto yeniyetmələrlə ünsiyyətə girə bilmək üçün zavodda çilingər işləmişdi. Uşaqlarla söhbət şairənin yaradıcılığına stimul verirdi. Valideynləri müharibəyə getmiş uşaqlar zavodda onları əvəz edir, beləliklə Barto da onlara yaxın olmaq üçün özünə bu işi seçmişdi.

 

Agniya Barto uşaqlarla vaxt keçirməyi çox sevirdi. O, həmişə uşaq evlərinə, bağçalara, məktəblərə gedir, hətta küçədə belə uşaqların söhbətlərini dinləyirdi. Agniya Barto hər bir uşağın zəngin daxili dünyasının olduğu qənaətində idi. Barto uzun müddət uşaqlar üçün olan Ədəbiyyat və İncəsənət İşçiləri Assosiasiyasına rəhbərlik edib, Beynəlxalq Andersen münsiflər heyətinin üzvü olub.

 

Barto məşhur şairə olmaqla yanaşı həm də istedadlı ssenarist idi.

 

 

Agniya Barto yaxın bir insanı itirməyin necə çətin olduğunu çox yaxşı bilirdi. Onun böyük oğlu çox erkən yaşda velosiped sürərkən yük maşını ilə toqquşması nəticəsində həyatını itirmişdi. Agniya Barto uzun illər “Bir insan tap” adlı radio proqramına aparıcılıq etmiş, burada döyüş zamanı itkin düşmüş insanların məktublarını oxumuşdu. Bununla da o, minlərlə sovet ailəsinin qovuşmasına kömək etmişdi.

 

60-cı illərdə Yazıçılar İttifaqında kosmonavtlarla görüş keçirilmişdi. Qeyd dəftərinin bir səhifəsinə Yuri Qaqarin Bartonun şeirindən bir sətir yazaraq imzalamışdı. Qaqarinin imzası Bartonun muzeyində saxlanılır.

 

Agniya Lvovna 1981-ci il aprelin 1-də vəfat edib.