Xəbərlər

“Microsoft” korporasiyası “Windows 7” sistemini 2023-cü ilədək dəstəkləyəcək

Bakı, 10 sentyabr, AZƏRTAC
 
“Windows 7” əvvəlki kimi korporativ istifadəçilər arasında ən populyar əməliyyat sistemi olaraq qalır və şirkətlər “Windows 10” sisteminə keçməyə tələsmir. “Windows 7” sisteminin genişləndirilmiş dəstəyi 2020-ci il yanvarın 14-də dayandırılmalı idi, ancaq “Microsoft” bu müddəti daha 3 il uzatmağa dair qərar verib. 
 
AZƏRTAC xəbər verir ki, bu haqda şirkətin bloqunda “Microsoft”un “Office” və “Windows”un marketinqi üzrə vitse-prezidenti Cared Spataro deyib.
 
Vaxtı uzadılmış genişləndirilmiş dəstək “Microsoft”un korporativ lisenziyalaşdırma proqramının iştirakçısı olan “Windows 7 Professional” və “Windows 7 Enterprise” istifadəçiləri üçün əlçatan olacaq. Dəstək ödənişli olacaq: ödəniş hər bir ayrı qurğu üçün ediləcək və hər il artacaq.