Təbiət

Dünyanın ən böyük quşu - Vorombe titan

Alimlər dünyada mövcud olmuş ən böyük quşun ölçülərini müəyyən ediblər. 


London Zoologiya İnstitutunun tədqiqatçılarının "Vorombe titan" (“böyük quş”) adlandırdıqları bu canlının hündürlüyü 3 metr, çəkisi 800 kiloqram olub. Alimlər bu qənaətə arxeoloji qazıntılar zamanı tapılmış sümüklərin təhlili nəticəsində gəliblər. 


Bu günə qədər dünyanın ən böyük quşu Madaqaskarda yaşamış 400 kiloqramlıq fil quşları hesab edilirdi. Son tədqiqatlar isə dünyanın ən böyük quşunun elə Madaqaskarda yaşayan və nəsli kəsilmiş “Vorombe titan”nın olduğu məlum olub.  


Tədqiqatçı Ceyms Hansford "Vorombe titan"ın 1200 il əvvələ qədər yaşadığını bildirib. Bu quşlar bitki, meyvə, toxumlar və yarpaqlarla qidalanırmış. Fil quşları ailəsinə daxil olan bu quşlar uçmayan qanadlılar sinfinə aid edilir.