Görkəmli şəxsiyyətlər

Hans Xristian Andersen

Hans Xristian Andersen 1805-ci il apelin 2-də Danimarkanın Odens şəhərində danadan olub. Ailənin tək uşağı olan Andersen heç vaxt yaxşı oxuyan, çalışqan şagird olmur, həmişə fikri dağınıq olur və qrammatik səhvlər edə-edə yazırdı, o, heç vaxt yazısını düzəldə bilməyib. Lakin buna baxmayaraq 1822-ci ildə artıq “Palnatokun məzarındakı ruh” adlı ilk hekayəsini nəşr etdirib.

 

Pyeslər, səyahətnamələr, romanlar və şeirlər də yazmasına baxmayaraq, Andersen bütün dünyada daha çox nağıllarına görə tanınır. Onun nağılları 100-dən çox dilə tərcümə edilmişdir. O, dünyanın ən məşhur nağılçılarından biridir.

 

“Çirkin ördək balası”, “Çaxmaq daşı”, “Kibritçi Qız”, “Qalay əsgər”, “Düyməcik”, ”Su pərisi”, “Qar kraliçası”, “Kralın təzə libası”, “Noxud üstündə yatmış şahzadə qız” və başqa nağılları ilə məşhur olan Andersenin nağılları özünəməxsus xüsusiyyətləri və qeyri-adilikləri ilə seçilir.

 

Amma Andersenin həyatı heç də nağıllardakı kimi olmamışdır. Adi bir başmaqçı olan atası oyuncaq hazırlamağı çox sevərdi. Atasının həyatdan erkən köçməsi ilə Hans uşaqlıq çağları ilə vaxtından əvvəl vidalaşaraq işləməyə məcbur olub. Daha sonra Hans Kopenhagenə köçmək qərarına gəlir. O, bütün asudə vaxtını kitabxanada keçirirdi. Beləliklə, Hans Kopenhagen universitetinə daxil olub və yazıb-yaratmağa başlayıb. Əsərləri nəşr olunub və teatrlarda səhnələşdirilib.


Bu zaman Hans şəxsi həyatında ilk zərbəni alır. Belə ki, onun sevdiyi qız valideynlərinin təkidi ilə başqa biri ilə ailə qurur. Bu hadisədən kədərlənən Hans Xristian Andersen qəlbindəki yaraları sağaltmaq ümidi ilə Kopenhageni tərk edib. Lakin nə uzaq məsafələr, də nə zaman Andersenə kömək edə biləyib. Məşhur yazıçı olmaq ümidi ilə yaşayan Hans çoxlu əsərlər yazıb və böyük qazanc əldə edib. Onun nağılları ilk dəfə Fransada, sonra digər ölkələrdə tanınır, yalnız bundan sonra yazıçının vətəni Danimarkada sevilir. Uşaqlar Andersenin nağıllarını əzbərləyir və bütün tanışlarına danışırdılar.

 

Andersen ümumilikdə 170 nağıl, 5 roman, bir neçə pyes, şeir və oçerk müəllifidir. Əsərlərinə cizgi filmləri, filmlər çəkilib.


Andersen bütün həyatını tənha keçirib, tənha və bədbəxt bir insan olaraq həyatdan köçüb. O, 1875-ci il avqustun 4-də qaraciyər xərçəngindən vəfat edib. Dahi yazıçı özündən sonra zəngin irs - qeyri-adi və möhtəşəm nağıllar qoyub getdi.