Təbiət

Dünyanın ən ağıllı qorillası Koko

Dünyanın ən ağıllı qorillası Koko 1971-ci ildə San Fransiskoda bir zooparkda doğulub. 1 yaşına qədər anasının yanında qalan Kokonu daha sonra psixoloq Patterson Stanford Universitetindəki doktorluq tədqiqatı üçün öz himayəsinə götürüb. Pattersonun hədəfi Kokoya işarət dilini öyrətmək idi.  Əgər hədəfinə çata bilsə, Koko ilə ünsiyyət qura biləcək, eyni zamanda Kokonun hisslərini, nə düşündüyünü də öyrənə biləcəkdi. 

 

Patterson Koko ilə 43 il məşğul olduqdan sonra əldə olunan nəticə hər kəsi təəccübləndirmişdi. Belə ki, Koko yalnız işarət dilini mükəmməl öyrənməklə kifayətlənməmiş, həm də cəmiyyətə mesajlar göndərməyə başlamışdı. 

 

Təlimin başlanğıcında Pattersondan başqa heç kəs bu nəticəyə inanmırdı. Onlar hesab edirdilər ki, Koko işarət dilini öyrənsə də, işarələrin mənasını heç vaxt anlaya bilməz. 

 

Kokonun işarələrin mənalarını başa düşdüyünü göstərən əlamət isə bir neçə işarəni birləşdirərək yeni kəlimələr düzəltməsi oldu. 

 

Məsələn, Patterson Kokoya “bilərzik” və “barmaq” kəliməsini öyrətmişdi. Amma üzük kəliməsini öyrətməmişdi. Bir gün Koko müəlliminin taxdığı üzüyü işarə etmək üçün bilərzik və barmaq işarələrini birləşdirdi. Koko 1000 işarə bilir, ingiliscə 2000 kəlimə başa düşürdü.

 

Patterson davamlı Kokoya hekayələr oxuyurdu. Ən sevdiyi hekayə “Çəkməli pişik” idi. Koko bir gün Pattersondan bir pişik istəyərək hər kəsi təəccübləndirir. Koko pişik balası götürür və ona “All Ball” adını verir. Həmin gündən möhkəm dost olurlar. 15 il sonra All Ball ölür. Koko buna çox məyus olur. Hətta deyilənlərə görə dostunun ölümündən sonra Kokonun ağladığı bir video da var. Koko ölümü dərk edirdi. 

 

Koko ilə aparılan təlim onun sadəcə çox ağıllı olduğunu deyil, eyni zamanda zəngin daxili aləminin olduğunu da göstərdi.  

 

Koko 2018-ci ildə ölüb.