Bu maraqlıdır!

Azərbaycanın "QIRMIZI KİTAB"a düşən bitki və heyvan növləri

Azərbaycanda nəsli tükənmiş, tükənməkdə olan bir sıra canlılar dövlət sənədi olan “Qırmızı kitab”da toplanıb. Kitab təkcə ölkənin quru ərazisində deyil, həmçinin Xəzər dənizində yaşayan canlıların qorunmasına xidmət edir. 


Alimlər öyrənmişlər ki, 1600-cü ildən bəri 150-dən çox vəhşi heyvanların və quşların nəsli tamamilə kəsilmişdir. Bitki və heyvanların “Qırmızı kitab”a düşməsi onların sayının azalmasının qarşısını xeyli almışdır. Adı “Qırmızı kitab”a düşən bir çox bitki və heyvanlar isə ciddi surətdə qorunur.


Azərbaycanın Qırmızı kitaba düşmüş heyvanları: Talış qırqovulu, hirkan arıquşu, qara leylək, qıvrımlələk qutan, mərmər cürə, ağquyruq Dəniz qartalı, məzar qartalı, berkut, laçın, turac, forel balığı, təkə, köpgər, (qaranaca), muflon, qagqaz tetrası, qagqaz uları, çöl qartalı, ardıc ağıriyli, şahin, toğlugötürən, çəhrayı qutan, bəzgək, dovdaq, sultan toyuğu, ərsindimdik, qızılqaz, qırmızıdöş qaz, fısıldayan qu, kiçik qu, ceyran, çökəkburun cüllüt, ağquyruq çökəkburun, çöl haçaquyruq cüllütü, turan pələngi, göl pişiyi, ön Asiya bəbiri , Zaqafqaziya dağ qoyunu, Zaqafqaziya bezoar keçisi, Zaqafqaziya qonur ayısı, Zolaqlı kaftar, vaşaq, Manul pişiyi, adi uzunqanad, Cənub nalburnu, enliqulaq bükükdodaq, sarıqlı safsar, Suriya sarımsaq qurbağası, adi triton, qaraqlı triton, adi (boz) quru qurbağası, Kiçik Asiya gürzəsi, eskilon ilan, Zaqafqaziya təlxəsi, Aralıq dənizi tısbağası, xarabalıq kələzi, qızılı mabuya, zolaqlı çılpaqgöz, ox-ilan, Zaqafqaziya takır girdəbaşı, ağ durna, baloban, toğlugötürən, şahin, cek, çay qaraquşu, incədimdik kronşnep (əyridimdik), ilanyeyən, Xəzər uları, tetraçalan, Türküstan tüviki, Qaraqarın bağrıqara, ağboğaz bülbül, səhra qar quşu və dağ keçisi. 


Berkut məhdud sahədə, əsasən, yüksək dağlarda yaşayan quşlardandır. Qafqaz tetrası Kiçik və Böyük Qafqazın subalp zonasında, yaşılbaş ördək Xəzərin sahilində, respublikanın su tutarlarında qeydə alınıb. Qaya keçisi və Cənubi Qafqaz muflonu hazırda Naxçıvan MR-də, ceyran ancaq Şirvan qoruğunda, Bəndovan və Korçayda rast gəlinir. Dağıstan turu Böyük Qafqazın cənub ətəyində, Balakən, Qəbələ, Zaqatala və İsmayıllı rayonları ərazisində qalmışdır. Qıvrımlələk qutan qışda demək olar ki, respublikanın bütün iri su hövzələrində rast gəlinir. Sultan toyuğu Ağzıbir gölündə və Mil düzü su hövzələrində rast gəlinir. Xəzər pələngi bütün Xəzər sahəsində yayılmışdır. 40-cı illərdə areal Transqafqaza qədər, Aral dənizi, Əfqanıstan və Balxaş gölünə qədər kiçildi. 30-cu illərdə Turan pələngini Azərbaycanda Talış dağlarında, Cənubi Türkmənistanda görmüşdülər. Toğlugötürən Böyük və Kiçik Qafqaz və Talış dağlarında, Tetraçalan Azərbaycanın Talış və Şərqi Qafqaz dağ meşələrində, Xəzər uları isə Kiçik Qafqazın yüksək dağlıq zonalarında yayılıb. Azərbaycanda, yalnız Naxçıvanda rast gəlinir. Safsar Azərbaycanda arealı dağətəyi və mərkəzi düzənlik ərazilərində, Zuvand yaylasını və Naxçıvanda yayılmışdır.


Qırmızı kitaba düşən bitkilər: Hirkan şümşadı, dəmirağac, şabalıdyarpaq palıd, Hirkan ənciri, Hirkan armudu, Xəzər lələyi, ikək akasiyası, Qafqaz xurması, ürəkyarpaqlı qızılağac, budaqlı danaya, Hirkan bigəvəri, Eldar şamı, Qafqaz rododendron, çoban sarmaşığı, Laqodex acıçiçəyi, təmiz kladoxeta, qaraçöhrə, Şərg çinarı, Qafqaz xədicəgülü, məxməri gərməşov, Naxçıvan gəvəni, Araz palıdı, Xəzər zəfəranı, su zanbağı və Qafqaz dəmirağacı. 


Hirkan şümşadı Lənkəran ovalığında, Dəmirağac Lənkəran ovalığı,  Böyük Qafqazın şərq hissəsində, Araz palıdı isə Zəngilan rayonu (Bərgüşadçay) və Naxçıvan MR-də Babək, Ordubad rayonu ərazilərində yayılmışdır. Eldar şamı Eldar düzünün qərb hissəsində Eldar oyuğunda təbii halda arealı vardır. Şabalıdyarpaq palıd İsmayıllı, Yalama, Quba, Tər-tər, Şəmkir, Şamaxı, Bərdə rayonlarında, Talış zonasında təsadüf edilir. Hirkan bigəvəri Astara və Lənkəran rayоnları ərazilərində, Budaqlı danaya isə Lənkəran ovalığı, Böyük Qafqazın şərqində yayılmışdır.